Pandemiya cəriməsini ödəməyənlərin ölkədən çıxışı QADAĞANDIR? – HÜQUQİ İZAH

Koronavirus pandemiyası zamanı karantin qaydalarına əməl etməyənlər müxtəlif məbləğdə cərimə olunublar. Bəzi şəxslər cəriməni ödəsələr də hələ də dövlətə borcu olanlar var.

Cərimələnən şəxsləri cəriməni ödəmədiyi halda hansı məhdudiyyətlərin gözləyəcəyi də yaranan suallardandır. Çünki ara-sıra pandemiya cəriməsini ödəməyənlərin ölkədən çıxışına qadağa qoyulacağı ilə bağlı fikirlər səslənməkdədir. 

Bizim.Media qanunvericiliyə əsasən vətəndaşın ölkədən çıxışına qoyulan məhdudiyyət səbəblərini təqdim edir.
 

MÖVZU İLƏ BAĞLI:

Pandemiya cərimələri ləğv olunur? – MÜHÜM AÇIQLAMA


Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir.

Vətəndaş yalnız aşağıdakı borcları ödəmədikdə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər:

a) məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

b) Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.

Qeyd edək ki, məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaş ölkədən çıxa bilməz.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi

İmişlidə faciə: Velosiped sürən uşaq traktorun altında qaldı

İmişlidə faciə: Velosiped sürən uşaq traktorun altında qaldı

Nazirin İrpen şəhərinə səfəri ilə bağlı XİN-dən MƏLUMAT - FOTO

Nazirin İrpen şəhərinə səfəri ilə bağlı XİN-dən MƏLUMAT - FOTO

Van Dammın son görüntüləri gündəm oldu – VİDEO

Van Dammın son görüntüləri gündəm oldu – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

Sabah dənizdə çimmək mümkün olacaq? – ÇİMƏRLİK HAVASI

Sabah dənizdə çimmək mümkün olacaq? – ÇİMƏRLİK HAVASI

Sürücülərin nəzərinə: Bu küçələrdə hərəkət TAM MƏHDUDLAŞDIRILIR

Sürücülərin nəzərinə: Bu küçələrdə hərəkət TAM MƏHDUDLAŞDIRILIR

Bu məktəblər üzrə vakansiya seçimi BAŞLAYIR

Bu məktəblər üzrə vakansiya seçimi BAŞLAYIR

Ceyhun Bayramov Kiyevdə Kirill Budanov ilə görüşdü - FOTO

Ceyhun Bayramov Kiyevdə Kirill Budanov ilə görüşdü - FOTO

İlisuda Ramramay şəlaləsinə giriş niyə ödənişlidir? - RƏSMİ CAVAB

İlisuda Ramramay şəlaləsinə giriş niyə ödənişlidir? - RƏSMİ CAVAB

Livan-İsrail danışıqlarının 7-ci raundu BAŞLADI

Livan-İsrail danışıqlarının 7-ci raundu BAŞLADI

Hacıqabulda "Nissan" beton arakəsməyə çırpıldı – Ölən var - FOTO

Hacıqabulda "Nissan" beton arakəsməyə çırpıldı – Ölən var - FOTO

Məhkəmə blogerin Səidə Bəkirqızına qarşı şikayətini RƏDD ETDİ

Məhkəmə blogerin Səidə Bəkirqızına qarşı şikayətini RƏDD ETDİ

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat aldı

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat aldı

TƏBİB: Zərdabdakı qəzada xəsarət alan qadınlar Bakıya göndərilir

TƏBİB: Zərdabdakı qəzada xəsarət alan qadınlar Bakıya göndərilir

Xanım Sultanova yüksək vəzifəyə təyin edildi

Xanım Sultanova yüksək vəzifəyə təyin edildi

Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - AMB-dən açıqlama

Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - AMB-dən açıqlama

İcra başçısı üç qurumu birləşdirdi, yeni rəis təyin etdi

İcra başçısı üç qurumu birləşdirdi, yeni rəis təyin etdi

End of content

No more pages to load

RADİO