“Qızılcanı təbii yolla keçirənlər bir neçə il sonra ölümlə üz-üzə qalır” - Pediatrdan SENSASİON AÇIQLAMA

Uşaqları  rotaviruslar və mövsümi qriplər, qızılca, suçiçəyi kimi xəstəliklərdən qorumağın ən yaxşı yolunun peyvənd olduğu deyilir. 

Lakin valideynlər çox zaman uşaqları peyvənd ertməkdə ehtiyatlanır, başqa fəsadlar ortaya çıxacağından qorxurlar.

Bəs, mütəxəssilər bununla bağlı nə düşünür?
 

MÖVZU İLƏ BAĞLI:

Hazırda Azərbaycanda qızılcaya yoluxma ilə bağlı vəziyyət NECƏDİR? – MÜHÜM AÇIQLAMA


Məsələ ilə bağlı Bizim.Media-ya danışan pediatr Kamil Şərifov valideynlərin bu narahatlığının əsassız olduğunu deyir: 

“Peyvəndlə bağlı yanlış təbliğat aparanlar var. Çox zaman tibbdən anlayışı olmayanlar peyvəndlərin mənfi təsir edəcəyi haqda həqiqətəuyğun olmayan fikirlər deyirlər. Yadımdadı, sovetin vaxtında peyvənd vurulmayan uşaq tapmazdın. Hamı ucdantutma peyvənd olunurdu.

Ona görə də, o dövrdə otistik davranış pozğunluğu olan uşağa az-az rast gəlinərdi. 2020-ci ildə 54 uşağa autizmə bənzər sindrom  diaqnozu qoyuldu. 2024- də, yəni bu il isə rəqəm 35-ə düşüb. Səbəbi nədir bilirsiz? Peyvənd olunma... Nə yazıq ki, az qala əhalinin yarıdan çoxu peyvənddən yayınır”.

Həkim deyir ki, indiki peyvəndlərin təsiri o dövrdə vurulan peyvəndlərdən daha çoxdur:

“Necə texnologiyalar təkmilləşir, eləcə də peyvəndlərin istehsal texnologiyası mükəmməlləşir, effektliyi artır. Mənə də eşidirəm, deyirlər, peyvəndi satmaq üçün edirlər, filan... Onu deyənlər hamısı boş danışanlardır. Peyvənd istehsal edənlər autizmin 2 manatlıq, 5 manatlıq dərmanı üçün belə bir şey niyə etsin? Əgər doğrudan elə bir pislik, mərdiməzarlıq eləmək istəyən olsa, onu qidalara, yeyib-içməyə də qatar. Yəni bunlar əsassız, absurd fikirlərdir”. 

“Uşaqlara telefon, planşet verib kütləşdirirlər”

Kamil Şərifovun fikrincə, peyvəndlərin hazırlanması, əksinə, daha ciddi, daha üst səviyyədə yoxlanılır. Çünki bu məhlul  heç bir problemi olmayan, sağlam insana vurulur. Burda əlavə reaksiyanın olması qəbuledilməzdir: 

“Bu, yalnız mənim fikrim deyil. Həm ÜST, həm də digər tibb qurumları da bunu dönə-dönə deyir. Eyni zamanda mənim də həkim kimi öz müşahidələrim var. Hazırda pasiyentlərim arasında 300-ə yaxın peyvənd olunan uşaq var. Onlardan yalnız birində narahatlıq oldu. O da uşağın əlinə səhərdən -axşama qədər telefon veririrdilər. Ona görə də onda problem yarandı. 

Autizm kimi otistik davranış pozğunluğuna səbəb vaksinlər yox, həyatımıza girən texnologiyalar və qayğı yoxsulluğudur. Biz uşaqlığımızda məftildən maşın düzəldib onunla oynayırdıq. Yaradıcı bir şeylə məşğul idik. İndi isə uşaqların əlinə telefon, planşet verib kütləşdirirlər”.

Hansı ölkənin vaksini effektlidir? 

Vaksinlərin hansı ölkələrdən gətirilməsinə gəlincə, həkim Azərbaycana yalnız Belçika və Niderland istehsalı olan peyvəndlərin gətirildiyini bildirib: 

“Qrip peyvəndinin Hindistan istehsalı yoxdur. Vaksinlər daha çox qablaşdırılma və doldurulmaya görə fərqlənə bilər. Belə məsələlər isə onun keyfiyyətini düşürmür. Bu ölkədə istehsal olunur, digər ölkədə qablaşdırılır”.

Qızılcanı təbii yolla keçirən uşaqları gözləyən təhlükə

Peyvəndin çox vacib məsələ olduğunu vurğulayan pediatr bir vacib məqama da toxunub:

“Sizə narahatlıq doğuran bir məqamı da deyim. Ötən il nə qədər uşaq qızılca keçirdi və onlar arasında həyatını itirənlər oldu. O zaman da biz qızılca vaksini ilə bağlı çağırış edirdik. Təəssüf ki, sözümüzü dinləməyənlər, vaksindən yayınanlar oldu.

Amma qızılcanı vaksinsiz, təbii yolla keçirmək uşaqları çox təhlükəli xəstəliklə üz-üzə qoyur. (Subatut sklerozan panensefalit) Onlar sağalandan sonra 3-5 il içərisində təxminən 1000-1500 uşaqdan biri, (əvəllər 10 min deyirdilər, indi isə 1500) bu xəstəliklə üz-üzə qala bilir. Həmin uşaqlar qızılcadan sağalsa da, onlarda tədricən gücsüzlük,  yerişində problem, ayaqların tutulması, daha sonra ürəkbulanma, qaytarma kimi fəsadlar başlayır. 

Ardınca isə yavaş-yavaş beyinin funksiyaları itir və nəticədə uşaq ölümlə üz-üzə qalır və uzağı bir il, il yarım yaşayır. Valideynin də, həkimin də əlindən artıq heç nə gəlmir. Çox təhlükəli bir şeydir. Onu da deyim ki, bu yaxında bir nevroloq həmkarım da deyir ki, qabaqlar bu fəsad 3-5 il içərisində özünü göstərirdi. Amma ötən il vaksin olunmadan, qızılcaya təbii yoluxub sağaldığı zənn edilən 3 xəstə artıq bizə müraciət edib. Deməyim odur ki,  əvvəllər belə halların qızılcanın fəsadı olduğunu bilmirdilər. 
 

Amma indi tibb gəlişib və ölkəyə bu yöndə ixtisaslaşan mütəxəssislər gəlib. Onlar artıq bu əlamətlərlə özünü göstərən xəstəliyin nədən qaynaqlandığını daha tez təyin edirlər. Əvvəllər 3 ilə ona görə ortaya çıxırdı ki, xəstənin onurğa beyin mayesi, qızılca antiteli yoxlanılmırdı. Bunun qızılca ilə əlaqəsi bilinmədən uşaq səbəbsiz həyatını itiriridi. Amma indi dəqiq diaqnozlar qoyulur. 


Yəni rəqəm artmayıb, sadəcə diaqnoz daha erkən qoyula bildiyi üçün dəyişib. Bu səbəbdən uşağı vaxtında peyvənd etdirmək lazımdır ki, xəstəliyi təbii yolla keçirməsin”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Merts Fitsoya: Moskvadan qayıtsın, onu ciddi söhbət gözləyir!

Merts Fitsoya: Moskvadan qayıtsın, onu ciddi söhbət gözləyir!

Azərbaycanda uşaq bağçasının həyətindən meyit tapıldı

Azərbaycanda uşaq bağçasının həyətindən meyit tapıldı

Fermerin 20 ton ot pressi yandı - FOTO/VİDEO

Fermerin 20 ton ot pressi yandı - FOTO/VİDEO

“Qəbələ” – “Qarabağ” görüşündə bərabərlik - VİDEO

“Qəbələ” – “Qarabağ” görüşündə bərabərlik - VİDEO

Lavrov: Ukrayna bu qabiliyyətini itirib ...

Lavrov: Ukrayna bu qabiliyyətini itirib ...

Müctəba Xameneinin sağlamlıq vəziyyəti barədə bəzi TƏFƏRRÜATLAR

Müctəba Xameneinin sağlamlıq vəziyyəti barədə bəzi TƏFƏRRÜATLAR

Şəmkirdə "Qazel"dən başı kəsilmiş inək tapıldı: 2 nəfər HƏBS OLUNDU

Şəmkirdə "Qazel"dən başı kəsilmiş inək tapıldı: 2 nəfər HƏBS OLUNDU

Gəncədə zavod ərazisində YANĞIN - FOTO

Gəncədə zavod ərazisində YANĞIN - FOTO

İsrail ordusu HƏMAS-ın silah anbarını məhv etdi - VİDEO

İsrail ordusu HƏMAS-ın silah anbarını məhv etdi - VİDEO

Torpağımızı böyük dərəcədə bərbad vəziyyətə salıblar...

Torpağımızı böyük dərəcədə bərbad vəziyyətə salıblar...

İran DÇ-2026-da iştirakla bağlı şərtlərini AÇIQLADI

İran DÇ-2026-da iştirakla bağlı şərtlərini AÇIQLADI

Britaniya Hörmüz boğazına hərbi gəmisini göndərə bilər

Britaniya Hörmüz boğazına hərbi gəmisini göndərə bilər

Heydər Əliyev Ukrayna xalqının genefondunu necə xilas etmişdi? – Tarixi faktlar – VİDEO

Heydər Əliyev Ukrayna xalqının genefondunu necə xilas etmişdi? – Tarixi faktlar – VİDEO

Prezident Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTOLAR

Prezident Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTOLAR

Akif İslamzadənin DURUMU: oğlu DANIŞDI

Akif İslamzadənin DURUMU: oğlu DANIŞDI

Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO

Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO

Səngəçalda qazla işləyən elektrik stansiyası DAYANDIRILACAQ

Səngəçalda qazla işləyən elektrik stansiyası DAYANDIRILACAQ

Alman əsirlərin Bakıda tikdikləri möhtəşəm BİNALAR - FOTO

Alman əsirlərin Bakıda tikdikləri möhtəşəm BİNALAR - FOTO

Azərbaycanda tapdığı daşı satışa çıxardı: qramı 2 milyon dollar... - VİDEO

Azərbaycanda tapdığı daşı satışa çıxardı: qramı 2 milyon dollar... - VİDEO

Alça yığarkən ağacdan yıxıldı

Alça yığarkən ağacdan yıxıldı

Bu şəxslər ALMADAN uzaq durmalıdır

Bu şəxslər ALMADAN uzaq durmalıdır

Sabah Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

Sabah Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

Cəlilabadda CİNAYƏT: oğlunu döyənin qapısına gedən ata bıçaqlandı- VİDEO

Cəlilabadda CİNAYƏT: oğlunu döyənin qapısına gedən ata bıçaqlandı- VİDEO

Mehriban Əliyevanın Zəngilanda çəkdiyi FOTOLAR

Mehriban Əliyevanın Zəngilanda çəkdiyi FOTOLAR

End of content

No more pages to load

RADİO