Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, axşam saat 23.30 radələrində Şəki şəhərindəki meydanlardan birində iki xarici markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanlar olub.
Qəza nəticəsində xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların müayinə və müalicəsi aparılır.
Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu