Baş Prokurorluq: Əhməd Əhmədov cinayət məsuliyyətindən tam azad edilməyib

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayəti anlaqsız vəziyyətdə cinayət törətmiş Əhmədov Əhməd Mehman oğlunun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat üzrə məhkəmə baxışı 10 oktyabr 2024-cü il tarixdə yekunlaşıb. Məhkəmə baxışında Əhmədov Əhməd Mehman oğlunun əziyyət çəkdiyi şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal diaqnozlu psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə atası Əhmədov Mehman Əhməd oğlunu, bacısı Əhmədova Elmira Mehman qızı, sonuncunun azyaşlı qızı 2021-ci il təvəllüdlü Niftəliyeva Ülviyyə Sərxan qızını, anası Əhmədova Pikə Bədəl qızını və 2015-ci il təvəllüdlü qardaşı Əhmədov Məhəmməd Mehman oğlunu qızını xüsusi amansızlıqla qəsdən öldürməsi müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bunu mediaya açıqlamasında Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə şöbəsinin prokuroru Orxan Səmədov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Əhməd məcburi müalicəyə cəlb olundu - VİDEO


O bildirib ki, cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək keçirilmiş və hər iki ekspert rəyi ilə Əhmədov Əhməd Mehman oğlunun ona istinad edilən cinayət əməlini törədərkən “Şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal” növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən edilib:

“Eyni zamanda hal-hazırkı psixi vəziyyətinə görə Ə.M.Əhmədovun özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilib.

Cinayət məcəlləsinin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmçinin həmin maddəyə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Məhkəmənin yekun qərarına əsasən psixi pozuntusu olan Əhmədov Əhməd Mehman oğluna CM-nin 95-ci maddəsində müəyyən edilmiş Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü - ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

Əhmədov Əhməd Mehman oğlunun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyildir. Məhkəmənin qərarına əsasən Əhməd Əhmədov intensiv müşahidə altında məcburi müalicə olunması üçün müvafiq ixtisaslaşdırılmış psixiatriya stasionarlarına yerləşdiriləcəkdir.

Eyni zamanda qeyd etmək istəyirəm ki, qanunvericilikdə müəyyən edilmiş hallarda ixtisaslaşdırılmış psixiatriya stasionarlarına məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi

İmişlidə faciə: Velosiped sürən uşaq traktorun altında qaldı

İmişlidə faciə: Velosiped sürən uşaq traktorun altında qaldı

Nazirin İrpen şəhərinə səfəri ilə bağlı XİN-dən MƏLUMAT - FOTO

Nazirin İrpen şəhərinə səfəri ilə bağlı XİN-dən MƏLUMAT - FOTO

Van Dammın son görüntüləri gündəm oldu – VİDEO

Van Dammın son görüntüləri gündəm oldu – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

Sabah dənizdə çimmək mümkün olacaq? – ÇİMƏRLİK HAVASI

Sabah dənizdə çimmək mümkün olacaq? – ÇİMƏRLİK HAVASI

Sürücülərin nəzərinə: Bu küçələrdə hərəkət TAM MƏHDUDLAŞDIRILIR

Sürücülərin nəzərinə: Bu küçələrdə hərəkət TAM MƏHDUDLAŞDIRILIR

Bu məktəblər üzrə vakansiya seçimi BAŞLAYIR

Bu məktəblər üzrə vakansiya seçimi BAŞLAYIR

Ceyhun Bayramov Kiyevdə Kirill Budanov ilə görüşdü - FOTO

Ceyhun Bayramov Kiyevdə Kirill Budanov ilə görüşdü - FOTO

İlisuda Ramramay şəlaləsinə giriş niyə ödənişlidir? - RƏSMİ CAVAB

İlisuda Ramramay şəlaləsinə giriş niyə ödənişlidir? - RƏSMİ CAVAB

Livan-İsrail danışıqlarının 7-ci raundu BAŞLADI

Livan-İsrail danışıqlarının 7-ci raundu BAŞLADI

End of content

No more pages to load

RADİO