Aİ-nin nümayəndəliyindən 1 milyona yaxın pulu mənimsəyən Zərifə Abbasovaya HÖKM OXUNDU

Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinə məxsus 980 min manatı mənimsəməkdə ittiham olunan Zərifə Abbasovanın məhkəmə araşdırması yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Zərifə Abbasova barəsində ibtidai istintaq dövründə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Məhkəmənin ilk iclasında da onun sərbəst mühakimə edilməsinə qərar verilmişdi.

Amma bir neçə iclas sonra xanım müttəhim məhkəmədən gizlənib. O, həbsli axrarışa verilib.

Üstündən 7 ay keçməsinə baxmayaraq onun yerini müəyyən etmək mümkün olmayıb.

Bugünkü prosesdə prokuror Orxan Səmədov çıxış edərək məhkəmədən qiyabi qaydada ittiham edici hökm çıxarılmasını, üzərinə həbs qoyulmuş əmlakının müsadirə edilməsini istəyib.
Əhməd Quliyevin sədrlik etdiyi məhkəmə tərkibinin qərarı ilə Z.Abbasovaya qiyabi olaraq 10 il 6 ay azadlıqdan məhrum edilib. Onun evi ziyanın ödənilməsinə yönıəndirilmək məqsədi ilə müsadirə edilib.

Qeyd edək ki, mühasib işləyən Zərifə Abbasova 2017-2022-ci illər ərzində Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırmaqda, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək təşkilata məxsus 980 min manatdan artıq pul məmimsəməkdə ittiham edilir.

İstintaq materiallarında yazır ki, Z.Abbasova nümayəndəliyin rəhbəri Peter Mixalko və onun müavini Zoltan Szalainin ona qarşı inamından istifadə edərək vaxtaşırı onların səlahiyyətində olan möhürləri götürərək sənədlərə möhür vurub, onların yerinə imzalar atıb. Bundan sonra o, nümayəndəliyin hesabından şəxsi avro və manat hesablarına köçürmələr edib. Öz bank kartına köçürdüyü pulları əsasən, onlayn formada şəxsi ehtiyacları üçün xərcləyib.

Z. Abbasova məhkəmədə özünü qəsmən təqsirli bilib. O, 983 min deyil, 50 min manat mənimsədiyini etiraf edib.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Sabah bu küçələrdə qaz olmayacaq

Sabah bu küçələrdə qaz olmayacaq

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi

İmişlidə faciə: Velosiped sürən uşaq traktorun altında qaldı

İmişlidə faciə: Velosiped sürən uşaq traktorun altında qaldı

Nazirin İrpen şəhərinə səfəri ilə bağlı XİN-dən MƏLUMAT - FOTO

Nazirin İrpen şəhərinə səfəri ilə bağlı XİN-dən MƏLUMAT - FOTO

Van Dammın son görüntüləri gündəm oldu – VİDEO

Van Dammın son görüntüləri gündəm oldu – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

End of content

No more pages to load

RADİO