İcra başçısının müavininə hücum edildi - DETALLAR

Samuxda vəzifəli şəxsə xəsarət yetirilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında Samux şəhərinin ərazisində baş verib.

Vətən müharibəsi qazisi, Lək kənd sakini 2000-ci il təvəllüdlü Fərhad Ruhlan oğlu Abdullayev xuliqanlıq zəminində rayon icra başçısının müavini Tahir Qarayevin əlinə çəliklə vurub. O, daha sonra Samux Rayon İcra Hakimiyyətinə məxsus “Haval” markalı 51-AC-001 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq şüşəsini sındırıb.

Mövzu ilə bağlı Samux Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Azər Nəsibov bildirib ki, hadisə ötən gün saat 11 radələrində Samux şəhər Şəhidlər Kompleksində aparılan təmir zamanı qeydə alınıb:

“Fərhad Abdullayev adlı şəxs rayon icra başçısının müavini Tahir Qarayevə yaxınlaşıb və qaz çəklişi ilə bağlı müraciət edib. Yaşadığı Lək kəndində bəzi küçələrə çəkiliş edilir və vətəndaş bundan narazılıq edib ki, niyə gecikir. Ona məlumat verilib ki, qısa müddətdə, qış mövsümü başlayana qədər qazla təmin olunacaqlar. Yəni layihədə necə nəzərdə tutulubsa, hamısı qrafikə uyğun şəkildə həyata keçiriləcək.

Bu məsələdən sonra o, bu dəfə qaz sobası istəyib. Ona “ceyran peçi” adlanan soba alınıb verilib. Vətəndaş bundan da narazı qalıb və “İran peçi” istəyib. Bu dəfə də elə onun yanında Tahir Qarayev Lək kənd icra nümayəndəsi Xəyal müəllimə zəng vurub. Telefon mikrofonda da olub və tapşırıq verilib ki, Fərhad “İran peçi” ilə təmin olunsun. Bu zaman Fərhad Tahir Qarayevin əlindən telefonu alaraq Xəyal müəllimi söyüb. Orada öz qardaşı və fəhlələr də olub, hamı bunu eşidib.

Tahir müəllim də Fərhada bildirib ki, “Belə olmaz, sənin xahişini edirik, sən isə belə hərəkət edirsən, söyüş söyürsən”. Fərhad bu dəfə də gedib dövlətin xidməti maşınına zərər yetirib. Tahir müəllim ona mane olmaq istəyəndə əlindəki əsa ilə ona zərbələr endirib.

Fərhad Abdullayev bizim ən çox yardım etdiyimiz qazidir. Onun bütün istəklərini həmişə yerinə yetirmişik. Hətta kiminsə problemi ilə bağlı bizə müraciət edibsə, bunu da həll etmişik. Hazırda öz qardaşı da etiraf edir ki, Fərhad günahkardır. Hadisə zamanı hətta bıçaq da çıxarıb. Qardaşı mane olub və bıçaq onun əlindən düşüb”.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Sabah bu küçələrdə qaz olmayacaq

Sabah bu küçələrdə qaz olmayacaq

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi

İmişlidə faciə: Velosiped sürən uşaq traktorun altında qaldı

İmişlidə faciə: Velosiped sürən uşaq traktorun altında qaldı

Nazirin İrpen şəhərinə səfəri ilə bağlı XİN-dən MƏLUMAT - FOTO

Nazirin İrpen şəhərinə səfəri ilə bağlı XİN-dən MƏLUMAT - FOTO

Van Dammın son görüntüləri gündəm oldu – VİDEO

Van Dammın son görüntüləri gündəm oldu – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

End of content

No more pages to load

RADİO