Xocavənddə Hərbi Prokurorluq Müdafiə Nazirliyi ilə birlikdə tədbir keçirdi - FOTO

Ümummilli Lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları Xocavənddə rayon rəhbərliyinin iştirakı ilə birgə tədbir keçiriblər.

Hərbi Prokurorluqdan Bizim.Media-ya bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev, hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, onun siyası kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə həyata keçirilən köklü islahatlardan, müxtəlif sahələrdə qazanılan uğurlardan, o cümlədən Silahlı Qüvvələrimizin formalaşdırılması, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılması və etibarlı qorunmasından bəhs ediblər. Əldə edilən uğurlarda Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi dəstək və xalq-dövlət birliyi xüsusi qeyd edilib.

Həmçinin tədbirdə Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Dövlət Sərhəd Xidməti ilə əməkdaşlığı vurğulanıb.

Daha sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb. Tədbirdə hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, eləcə də onların qayğı və problemləri ilə maraqlanılıb.

Tədbir başa çatandan sonra ağaclar əkilib.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Kiyev rus dilinin təsirini azaltmaq üçün XÜSUSİ ŞURA yaradır

Kiyev rus dilinin təsirini azaltmaq üçün XÜSUSİ ŞURA yaradır

İsrail yenə Livanı BOMBALADI...

İsrail yenə Livanı BOMBALADI...

Bütün pulunu brend çantalara xərcləyir - VİDEO

Bütün pulunu brend çantalara xərcləyir - VİDEO

Merts Fitsoya: Moskvadan qayıtsın, onu ciddi söhbət gözləyir!

Merts Fitsoya: Moskvadan qayıtsın, onu ciddi söhbət gözləyir!

Azərbaycanda uşaq bağçasının həyətindən meyit tapıldı

Azərbaycanda uşaq bağçasının həyətindən meyit tapıldı

Fermerin 20 ton ot pressi yandı - FOTO/VİDEO

Fermerin 20 ton ot pressi yandı - FOTO/VİDEO

“Qəbələ” – “Qarabağ” görüşündə bərabərlik - VİDEO

“Qəbələ” – “Qarabağ” görüşündə bərabərlik - VİDEO

End of content

No more pages to load

RADİO