İstixana pomidorlarına vurulan dərman sonsuzluq yaradır? – RƏSMİ AÇIQLAMA

Ölkə bazarlarında insanlara təklif edilən pomidorların insan səhhətinə zərərli olan dərmanlarla yetişdirildiyinə dair iddialar var. İddialara görə, istixanalarda yetişdirilən pomidorlara vaxtından tez qızarması üçün dərman vurulur. Bu dərman pomidoru 2-3 gün ərzində qızartsa da tərəvəzlər tam yetişmir. Həmçinin, bundan başqa pomidorun daha ətli olması üçün başqa dərman və xüsusi iynələrdən də istifadə olunur.

İddialar arasında vurulan dərmanların insanlarda sonsuzluq yaratması da yer alır.

Bəs bu deyilənlər nə qədər doğrudur?

Mövzuya münasibət bildirən tibb sahəsi üzrə ekspert Adil Qeybulla Bizim.Media-ya deyib ki, meyvələrin vaxtından tez yetişdirilməsinin insan orqanizminə mənfi təsiri var:

“Bitkilərin fəslə uyğun olmayan şəkildə yetişdirilməsi üçün süni iqlim şəraiti lazımdır. Yəni lazımi temperatur, rütubət, qida maddələri və s. mütləqdir. Bundan başqa, parazitlərdən, müxtəlif zərərvericilərdən onları qorumaq üçün də dərmanlar vurulur. Əlbəttə, bu, situasiyanı dəyişir. Hər bir məhsul vaxtında yeyilməlidir. Biz uzun müddət buna alışmışıq. Amma bugünkü elmin inkişafı, yeni gəlişmələr istənilən meyvə-tərəvəzi vaxtından əvvəl yetişdirməyə imkan verir ki, yetişdirmə şərtləri də insan orqanizminə ziyansız şəkildə ötüşmür”.

O bildirib ki, dünyada artan insan sayı qida çatışmazlığı yaradır:

“Ona görə də alimlər daim yeni üsullar fikirləşirlər ki, insanlar ac qalmasınlar. Bu gün Afrikanın özündə, Asiyada xeyli sayda insan aclıqdan əziyyət çəkir. Ona görə də yeni-yeni üsullar, qidaların geninin dəyişdirilməsi yolu ilə onların kütləvi istehsalı həyatımızda yer almaqdadır. Əlbəttə ki, bu, insan orqanizminə təsirsiz ötüşmür. Paralel olaraq bu gəlişmələrin orqanizmə, canlı varlqlara təsiri ilə bağlı araşdırmalar gedir, mütəmadi olaraq nəticəsi ictimailəşdirilir, ortaya qoyulur. Bəzən reallıqlarla hesablaşmaq məcburiyyətində qalırıq”.

Bəs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istixanalarda bununla bağlı yoxlamalar aparırmı?

Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı daimi monitorinqlər aparılır:
 

MÖVZU İLƏ BAĞLI:

Bu pendirdən UZAQ DURUN! – Sonsuzluq yaradır 


“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi bitki və heyvan sağlamlığının təmin edilməsi, eləcə də ölkədə istehsal olunan, həmçinin idxal edilən qida məhsulları üzərində risk əsaslı yanaşma tətbiq etməklə nəzarət tədbirlərini davam etdirir.

Agentlik tərəfindən mütəmadi olaraq bitkiçilik məhsullarının tərkibindəki kimyəvi maddələrin qalıq miqdarına nəzarət edilməsi, eyni zamanda zərərli orqanizmlərlə mübarizə tədbirləri çərçivəsində fitosanitar monitorinqlər həyata keçirilir. Aparılan son monitorinqlər zamanı pomidor məhsullarında hər hansı uyğunsuzluq aşkar edilməyib.

Bitkiçilik məhsullarının tələblərə uyğun şəkildə istehsalı, emalı, dövriyyəsi və satışı ilə bağlı Agentlik tərəfindən mütəmadi qaydada müvafiq yoxlama-nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilməkdədir. Bununla bağlı hər hansı bir uyğunsuzluq aşkarlandıqda, həmin sahibkarlıq subyektləri barəsində qanunvericiliyə uyğun tədbirlər görülür”.

AQTA-nın məlumatında qeyd edilib ki, istehlakçılar pomidor və ya digər qida məhsulları ilə bağlı neqativ halla qarşılaşdıqları halda Agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng vuraraq məlumat verə bilərlər.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Sabah bu küçələrdə qaz olmayacaq

Sabah bu küçələrdə qaz olmayacaq

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi

İmişlidə faciə: Velosiped sürən uşaq traktorun altında qaldı

İmişlidə faciə: Velosiped sürən uşaq traktorun altında qaldı

Nazirin İrpen şəhərinə səfəri ilə bağlı XİN-dən MƏLUMAT - FOTO

Nazirin İrpen şəhərinə səfəri ilə bağlı XİN-dən MƏLUMAT - FOTO

Van Dammın son görüntüləri gündəm oldu – VİDEO

Van Dammın son görüntüləri gündəm oldu – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

End of content

No more pages to load

RADİO