Elin Süleymanov Azərbaycana qarşı QƏRƏZLİ İDDİALARA cavab verdi

COP29 öncəsi ölkəmizə qarşı səsləndirilən əsassız iddialara cavab olaraq Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun nüfuzlu “The Telegraph” qəzetində geniş məqaləsi dərc olunub.

Bizim.Media xəbər verir ki, məqalədə qeyd olunub ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilk dəfə olaraq regionumuzda iqlim fəaliyyəti ilə əlaqədar belə mötəbər tədbirin keçirilməsi deməkdir.

Bəziləri COP-a icraatdan daha çox müzakirə platforması kimi yanaşsa da, Azərbaycan iqlim maliyyəsi, karbon bazarları, kiçik ada dövlətləri ilə bağlı məsələlərin həlli və ümumilikdə bəşəriyyətin gələcəyi naminə praktiki mexanizmlərin yaradılmasına nail olmaqda israrlıdır.

COP29 çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslərdən biri də Olimpiya Oyunlarında olduğu kimi Qlobal Sülh təşəbbüsüdür. Bu qlobal çağırış, həmçinin regionda yaranmış mövcud reallığı əks etdirir. Belə ki, 30 illik münaqişədən sonra Azərbaycan və Ermənistan arasında aparılan konstruktiv danışıqların nəticəsində Azərbaycanın COP29-a ev sahibliyi etməsi mümkün olub.

Həm Azərbaycan, həm Ermənistan hər zaman olduğundan sülhə daha yaxın olduqlarını etiraf edib. İki ölkə arasında sərhədlərin müəyyən bir hissəsinin artıq demarkasiyası faktiki olaraq sülhün müjdəsidir. Bütün bunlar ona görə mümkün olub ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü bərpa edib.

Azərbaycanı tənqid edənlərə xatırlatmaq lazımdır ki, Azərbaycan torpaqlarını otuz il işğal altında saxlayan və azərbaycanlılara qarşı etnik təmizləmə törədən məhz Ermənistan olub və bu fakt beynəlxalq sənədlərlə də öz təsdiqini tapıb.

Britaniya xarici işlər naziri Devid Leminin Azərbaycan ərazilərini işğaldan azad edib söyləməsi ətrafında mediada ajiotaj yaradılsa da, bu həqiqətdir ki, Azərbaycan öz torpaqlarını xarici istiladan azad edib. Bu sadə və doğru faktı səsləndirdiyinə görə Devid Lemini tənqid edənlərin aydındır ki, başqa maraqları var.

Otuz illik işğalın, məcburi köçkünlüyün, müharibənin dərin yaralarına rəğmən beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq məhz Azərbaycan tərəfi Ermənistana sülh əlini uzadıb. Ancaq sülh istiqamətində nəzərə çarpan irəliləyişlər olsa da, sülhə nail olmaq yolunda danışıqları uzatmaq Ermənistan tərəfinin hər zamankı strategiyasıdır.

Ermənistan rəsmi olaraq öz müstəqilliyini elan etsə də, heç zaman tam suverenliyə nail ola bilməyib. Qonşu ölkənin torpaqlarını işğal edən Ermənistan iqtisadi və hərbi baxımdan xaricdən asılılığa məhkum olub. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə Ermənistan üçün müstəqil olma imkanı yaranıb, bunu baş nazir Nikol Paşinyan da çoxsaylı çıxışlarında etiraf edib. Yeni yaranmış bu reallıqda Ermənistan keçmişdəki səhvlərini düzəltməli və region ölkələri ilə əməkdaşlıq etməlidir.

Ermənistan tərəfi onlar üçün sözlərin vacibliyini vurğulayır. Ancaq onlar unudur ki, ölkənin ali qanunvericilik aktı olan konstitusiyada əksini tapan sözdən üstün nə ola bilər? Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası əks olunub. Bir tərəfdən Ermənistan rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən bu bəyanat ölkənin konstitusiyası ilə ziddiyyət təşkil edir.

Bəziləri deyə bilər ki, sülh müqaviləsinin bəndində bu məsələyə toxunulacaq, lakin Ermənistan hökumətinin özünün dediyi kimi, heç bir xarici müqavilə konstitusiyadan üstün deyil. Bunun bariz nümunəsi kimi Ermənistan və Türkiyə arasında imzalanmış və Qərb ölkələri tərəfindən dəstəklənmiş Sürix protokolunun daha sonra Ermənistan konstitusiya məhkəməsi tərəfindən rədd edildiyini göstərə bilərik.

Beləliklə, Ermənistan tərəfi xarici publikaya oynamaq əvəzinə, uzunmüddətli və davamlı sülh yolunda real maneələri aradan qaldırmağa diqqət etsə, daha faydalı olar deyə səfir məqaləsində bildirib.


Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl BAHALAŞDI

Qızıl BAHALAŞDI

Uşaq evindən sonrakı həyat: Onlar 18 yaşdan sonra necə yaşayırlar?

Uşaq evindən sonrakı həyat: Onlar 18 yaşdan sonra necə yaşayırlar?

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

2 300 illik papirusda “Odisseya”nın bu gün məlum olmayan misraları tapıldı

2 300 illik papirusda “Odisseya”nın bu gün məlum olmayan misraları tapıldı

İşaxtaranların nəzərinə: onminlərlə vakansiya var - VİDEO

İşaxtaranların nəzərinə: onminlərlə vakansiya var - VİDEO

Xuraman Şuşalı hovuzdan görüntülərini paylaşdı – VİDEO

Xuraman Şuşalı hovuzdan görüntülərini paylaşdı – VİDEO

Azərbaycanda kənar pul köçürmələrinin həcmi artıb

Azərbaycanda kənar pul köçürmələrinin həcmi artıb

Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın

Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın

Gözünüzün içinə baxıb yalan danışırlar: Həqiqəti ustalıqla gizlədən BÜRCLƏR

Gözünüzün içinə baxıb yalan danışırlar: Həqiqəti ustalıqla gizlədən BÜRCLƏR

8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - FOTO

8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - FOTO

"Ən böyük arzum 107 yaşına kimi yaşamaqdır"

"Ən böyük arzum 107 yaşına kimi yaşamaqdır"

Pentaqon yeni silahlar alır: Dronlar lazerlərlə vurulacaq

Pentaqon yeni silahlar alır: Dronlar lazerlərlə vurulacaq

İraq silahlıları Səudiyyə Ərəbistanına hücum planından daşındı

İraq silahlıları Səudiyyə Ərəbistanına hücum planından daşındı

Çağatay Ulusoy sevgilisi Aslıhan Malbora ilə— FOTO

Çağatay Ulusoy sevgilisi Aslıhan Malbora ilə— FOTO

Gəncədə "Hundai"lar toqquşdu - 17 və 20 yaşlı gənclər xəstəxanalıq oldu

Gəncədə "Hundai"lar toqquşdu - 17 və 20 yaşlı gənclər xəstəxanalıq oldu

Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından BİR İL ÖTÜR - FOTO

Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından BİR İL ÖTÜR - FOTO

Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO - VİDEO

Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO - VİDEO

Lukakudan Fənərbaxçanı həyəcanlandıran addım - FOTO

Lukakudan Fənərbaxçanı həyəcanlandıran addım - FOTO

İki kriptovalyuta birjasına sanksiyaya tətbiq edildi – İrana kömək ediblər

İki kriptovalyuta birjasına sanksiyaya tətbiq edildi – İrana kömək ediblər

ABŞ məhkəməsi Trampı “müvəqqəti sakin” adlandırdı – 400 milyonluq tikintini dayandırdı

ABŞ məhkəməsi Trampı “müvəqqəti sakin” adlandırdı – 400 milyonluq tikintini dayandırdı

15 yaşlı uşağın mədəsindən çıxanlar həkimləri şoka saldı - FOTO

15 yaşlı uşağın mədəsindən çıxanlar həkimləri şoka saldı - FOTO

Azərbaycanda vergi borcları 4 milyardı keçdi

Azərbaycanda vergi borcları 4 milyardı keçdi

Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu

Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu

Beyləqanda kanalda boğulan yeniyetmənin ölümü ilə bağlı AÇIQLAMA

Beyləqanda kanalda boğulan yeniyetmənin ölümü ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO