Taksi sürücülərinin imtahanı BAŞA ÇATDI - FOTO

Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) 6 oktyabr 2024-cü il tarixində taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

Bizim.Media  xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

İmtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. 

Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün 2002 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 1952 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1735 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. 

Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 7 – 8 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl BAHALAŞDI

Qızıl BAHALAŞDI

Uşaq evindən sonrakı həyat: Onlar 18 yaşdan sonra necə yaşayırlar?

Uşaq evindən sonrakı həyat: Onlar 18 yaşdan sonra necə yaşayırlar?

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

2 300 illik papirusda “Odisseya”nın bu gün məlum olmayan misraları tapıldı

2 300 illik papirusda “Odisseya”nın bu gün məlum olmayan misraları tapıldı

İşaxtaranların nəzərinə: onminlərlə vakansiya var - VİDEO

İşaxtaranların nəzərinə: onminlərlə vakansiya var - VİDEO

Xuraman Şuşalı hovuzdan görüntülərini paylaşdı – VİDEO

Xuraman Şuşalı hovuzdan görüntülərini paylaşdı – VİDEO

Azərbaycanda kənar pul köçürmələrinin həcmi artıb

Azərbaycanda kənar pul köçürmələrinin həcmi artıb

Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın

Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın

Gözünüzün içinə baxıb yalan danışırlar: Həqiqəti ustalıqla gizlədən BÜRCLƏR

Gözünüzün içinə baxıb yalan danışırlar: Həqiqəti ustalıqla gizlədən BÜRCLƏR

8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - FOTO

8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - FOTO

"Ən böyük arzum 107 yaşına kimi yaşamaqdır"

"Ən böyük arzum 107 yaşına kimi yaşamaqdır"

Pentaqon yeni silahlar alır: Dronlar lazerlərlə vurulacaq

Pentaqon yeni silahlar alır: Dronlar lazerlərlə vurulacaq

İraq silahlıları Səudiyyə Ərəbistanına hücum planından daşındı

İraq silahlıları Səudiyyə Ərəbistanına hücum planından daşındı

Çağatay Ulusoy sevgilisi Aslıhan Malbora ilə— FOTO

Çağatay Ulusoy sevgilisi Aslıhan Malbora ilə— FOTO

Gəncədə "Hundai"lar toqquşdu - 17 və 20 yaşlı gənclər xəstəxanalıq oldu

Gəncədə "Hundai"lar toqquşdu - 17 və 20 yaşlı gənclər xəstəxanalıq oldu

Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından BİR İL ÖTÜR - FOTO

Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından BİR İL ÖTÜR - FOTO

Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO - VİDEO

Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO - VİDEO

Lukakudan Fənərbaxçanı həyəcanlandıran addım - FOTO

Lukakudan Fənərbaxçanı həyəcanlandıran addım - FOTO

İki kriptovalyuta birjasına sanksiyaya tətbiq edildi – İrana kömək ediblər

İki kriptovalyuta birjasına sanksiyaya tətbiq edildi – İrana kömək ediblər

ABŞ məhkəməsi Trampı “müvəqqəti sakin” adlandırdı – 400 milyonluq tikintini dayandırdı

ABŞ məhkəməsi Trampı “müvəqqəti sakin” adlandırdı – 400 milyonluq tikintini dayandırdı

15 yaşlı uşağın mədəsindən çıxanlar həkimləri şoka saldı - FOTO

15 yaşlı uşağın mədəsindən çıxanlar həkimləri şoka saldı - FOTO

Azərbaycanda vergi borcları 4 milyardı keçdi

Azərbaycanda vergi borcları 4 milyardı keçdi

Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu

Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu

Beyləqanda kanalda boğulan yeniyetmənin ölümü ilə bağlı AÇIQLAMA

Beyləqanda kanalda boğulan yeniyetmənin ölümü ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO