Xuliqanlıqda təqsirləndirilən dostların MƏHKƏMƏSİ – “Atəş səsi eşitdim, sonra isə...”

Bakıda vətəndaşı döyərək xuliqanlıq etməkdə təqsirləndirilən dostların məhkəməsində şahidlər dindirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid Elşən Məhərrəmov ifadə verib.

O, bildirib ki, təqsirləndirilən şəxslərdən Ramillə dost olub:

"Nemanla Fuadı da tanımışam. Lakin yaxınlığımız olmayıb. Həmin gün Sumqayıta restoranda oturmuşduq. Ramil zəng edib harada olduğumu soruşdu. Mən də ona ünvanı göndərdim. Sonra Ramil Nemanla birlikdə gəldi. Daha sonra digəriləri gəldi. Təqribi saat 10 radələrində Mirəhməd Sadıqov zəng etdi və Ramillə danışdı. Ramil əsəbi halda danışıb çölə çıxdı. Qayıdandan sonra çıxdıq. 

Onlar Mirəhmədlə görüşə getdilər. O, şəxslə ədavəti olmayıb. Həmin hadisə baş verən əraziyə görüşüb dost kimi getmişdilər. Səmimi görünürdülər. Daha sonra nə oldu bilmirəm. Bir də telefonla danışdıqları zaman "Röyal" adını tez-tez eşidirdim. Bildiyim qədərilə, Röyal onların ortaq dostlarıdır, eşitdim ki, məsələ onunla bağlı olub. Qayıdanda dedilər ki, dalaşıblar. 

Ramildən başqa Neman da həmin əraziyə getmişdi. Digər iki təqsirləndirilən şəxsi görmədim. Onların əlində hər hansı bir alət və soyuq silah görmədim.

Hadisədən sonra Mirəhməd qayıtmadı. Onun nə vəziyyətdə olduğunu bilmirdim. Amma atəş səsi eşitdim. Ondan sonra 1 saat heç kim danışmadı". 

Dövlət ittihamçısı Tural Yaqubov bildirib ki, şahidin istintaqdakı ifadəsi ilə hazırkı çıxışı arasında bəzi yerlərdə ziddiyyətlər var və xahiş edib ki, ifadəsi elan edilsin.

Daha sonra məhkəmə şahidin ibtidai istintaq dövründə verdiyi ifadəsini proses iştirakçılarına elan edib. Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, təqsirləndirilən şəxslər Nihad Xəlilov, Neman Əfkarov, Ramil Dadaşov və Fuad Haqverdiyevlə birlikdə silah qismində istifadə olunan əşyadan istifadə etməklə vətəndaş Mirəhməd Sadıxova qarşı zor tətbiq edərək, xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurublar.
 

Fuad Haqverdiyev və Neman Əfkarova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq), Ramil Dadaşova 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə), Nihad Xəlilova isə 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) vǝ 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.


Xatırladaq ki, təqsirləndirilən şəxslərdən Nihad Xəlilov ev dustaqlığı, Ramil Dadaşov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın əhalisi 25 milyona düşüb

Ukraynanın əhalisi 25 milyona düşüb

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Bir Lider, bir Vətən, bir Tale

Bir Lider, bir Vətən, bir Tale

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Məşhur aktyor xərçəngdən sağaldı

Məşhur aktyor xərçəngdən sağaldı

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

Bakının mərkəzində YANĞIN: Ev yararsız vəziyyətə düşdü - FOTO

Bakının mərkəzində YANĞIN: Ev yararsız vəziyyətə düşdü - FOTO

Azərbaycan Prezidenti: ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər bizi dayandırmaq istəyirdi

Azərbaycan Prezidenti: ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər bizi dayandırmaq istəyirdi

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

Prezident: İnşa edilən dəmir yolu Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək

Prezident: İnşa edilən dəmir yolu Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək

İlham Əliyev Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

İlham Əliyev Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var

İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var

İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - FOTO

İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - FOTO

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

End of content

No more pages to load

RADİO