İşğaldan azad edilmiş Füzuli şəhərində anım mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasim iştirakçıları Vətən müharibəsi zamanı ilk azad edilmiş Qaraxanbəyli kəndi ərazisində ucaldılmış abidə önünə əklil və gül dəstələri düzüblər.
Mərasimdə iştirak edən ictimaiyyət nümayəndələri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və rayon sakinləri şəhidlərin əziz xatirəsinə ehtiram bildiriblər.
Onların ruhuna dualar oxunub.






Bizim.Media, Qarabağ bürosu