“Özümü qayçı ilə öldürmək istəyirdim” – “Premium Bank”ın 461 min manatı mənimsəyən filial müdiri

"Premium Bankın" 461 min manat pulunu mənimsəyən filial müdirinin cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanması elan edilib.

İlkin olaraq təqsirləndirilən şəxs  Nəzakət Məmmədxanova ifadə verib: 

"2020-ci ildən Premium Bankın 5 saylı filialının müdiri işləmişəm. 9 il bu bankda, 14 ilə yaxın isə Beynəlxalq Bankda fəaliyyətim olub. Çalışmışam işimdə etimad qazanım, hamıya daim kömək etmişəm. 2023-cü ildə ipoteka ilə aldığım evi satıb şəhərdən qıraq bir yerdə ev tikməyə başlamışam. Orda müəyyən problemlərim yarandı. 

2023-cü ildə mən investisiya yatırmaq istəyimlə əlaqədar bir müraciət qoymuşdum sonra Main Capital.com saytından zəng gəldi, ilkin olaraq yatırım kimi 100 dollar, sonra 1235 dollar qoydum. Artyom adlı səxs mənə başa saldı ki, asanlıqla pulu geri götürə bilirsən, həqiqətən 200 dollar geri götürdüm. Sonra onlar mənə hədə-qorxu gəldilər ki, banka zəng olunacaq. Hətta deyirdilər hər gün saat 3-də pulların geri qayıdacaq. Mən bankda mədaxil qəbzləri yazaraq həmin pulları kart vasitəsilə M10-la onlara göndərirdim. Samirə xanımı da mən problemə salmışam. 

Mən ilk olaraq əməliyyatçı Nigar Qasımovaya sonra Fərid Səttarova dedim ki, pulları mənim plastik kartıma göndərin.

Onlarda mədaxil yazaraq qəbzləri mənim kabinetimə gətirirdilər. 200 min manat gedəndən sonra xəzinədar Samirə xanım etiraz elədi və dedi ki, mən kassadan pul vermirəm. Artıq kassada nağd pul qalmayanda hər şey üstü açıldı. Mən inanırdım ki, həmin pullar qayıdacaq. Samirəyə həmin pullar qayıdacağı təqdirdə heç bir vəd verməmişəm. Samirə bu işləri mənə olan hörmətindən edib. Mən qayçı ilə Samirənin otağında özümü öldürmək istəyirdim, artıq hərəkətlərimin fərqində deyildim. 

Nəzakət xanım onu da qeyd edib ki, hadisəni törətdikdən sonra adında olan əmlakı qızının adına bağışlayıb: 

“Kibercinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişəm, əmlaklarımı - Qusarda olan 22 sot torpağı və Goradil qəsəbəsində 12 sot torpağın içində olan evi satışa çıxarmışam. İstəyirəm satıb bankın ziyanını ödəyim. Goradil qəsəbəsindəki evi bu hadisədən qabaq, 2023-cü ilin iyul ayında almışam".

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, “Premium Bank” ASC-də filial müdiri işləyən Məmmədxanova Nəzakət Şərəf qızı bu ilin may ayının 8-dən 23-ü tarixinə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib.

Nəzakət Məmmədxanova 32 mədaxil qəbzi əsasında 461 min 170 manat pulu bankda olan özünə məxsus hesab nömrəsindən “M10” proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kritovalyuta alqı-satqısının həyata keçirildiyi “Binance.com” internet saytında öz hesabına yerləşdirib. 
 

Digər təqsirləndirilən şəxs bankın xəzinədarı işləyən Samirə  Əliyeva isə Nəzakət Məmmədxanova filial müdiri kimi rəhbəri olduğundan pulu kassaya mədaxil olmadan onun plastik kart hesabına qəbzdə göstərilən vəsaitin köçürülməsini təsdiq edib. Beləliklə 15 gün ərzində eyni qayda ilə 461170 manat pulu real mədaxil olmadan Nəzakət Məmmədxanovanın bank kartına və cari hesabına köçürülüb. 


Nəzakət Məmmədxanova Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə, Samirə Əliyeva Cinayət Məcəlləsinin 32.5, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilib.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın əhalisi 25 milyona düşüb

Ukraynanın əhalisi 25 milyona düşüb

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Bir Lider, bir Vətən, bir Tale

Bir Lider, bir Vətən, bir Tale

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Məşhur aktyor xərçəngdən sağaldı

Məşhur aktyor xərçəngdən sağaldı

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

Bakının mərkəzində YANĞIN: Ev yararsız vəziyyətə düşdü - FOTO

Bakının mərkəzində YANĞIN: Ev yararsız vəziyyətə düşdü - FOTO

Azərbaycan Prezidenti: ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər bizi dayandırmaq istəyirdi

Azərbaycan Prezidenti: ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər bizi dayandırmaq istəyirdi

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

İlham Əliyev: Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusunun beli qırılmışdı

Prezident: İnşa edilən dəmir yolu Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək

Prezident: İnşa edilən dəmir yolu Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək

İlham Əliyev Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

İlham Əliyev Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var

İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var

İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - FOTO

İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - FOTO

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

End of content

No more pages to load

RADİO