Bakıda yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verildi - FOTO

Sentyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və digər ailə üzvlərinin iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivində yerləşən çoxmərtəbəli binaları əhatə edən, 1500-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində Leyla Əliyeva, Arzu Əliyeva və ailə üzvləri IDEA könüllüləri ilə birlikdə keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. Həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim olunub.

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş növbəti həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun sahəsi salınıb. Eyni zamanda, həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi 2017-ci ildən etibarən icra olunur.

Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 154 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin “qaynar xətt”i “1113” və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Pakistanda terror: 14 polis həlak oldu

Pakistanda terror: 14 polis həlak oldu

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

Ukraynanın əhalisi 25 milyona düşüb

Ukraynanın əhalisi 25 milyona düşüb

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Bir Lider, bir Vətən, bir Tale

Bir Lider, bir Vətən, bir Tale

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Məşhur aktyor xərçəngdən sağaldı

Məşhur aktyor xərçəngdən sağaldı

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

End of content

No more pages to load

RADİO