Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub - FOTO

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sentyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və digər ailə üzvlərinin iştirakı ilə paytaxt Bakının Nizami rayonunun Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən ərazidə növbəti ağacəkmə aksiyası həyata keçirilib.

Bizim.Media xəbər verir ki, IDEA könüllülərinin də iştirak etdikləri budəfəki ağacəkmə aksiyası vaxtilə tikinti materialları və məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmiş ərazidə təşkil olunub. Aksiya zamanı 230 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. 

Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.

Qeyd edək ki, vaxtilə baxımsız vəziyyətdə qalan və iki hektar ərazini əhatə edən bu sahə bir neçə ay əvvəl IDEA İctimai Birliyinin təşəbbüsü və könüllülərin fəal iştirakı ilə tullantılardan tamamilə təmizlənib, torpaq qatı əlavə olunaraq rekultivasiya işləri görülüb. Həmçinin aprelin 16-da Leyla Əliyevanın iştirakı ilə ərazinin bir hissəsində ilk ağacəkmə aksiyası təşkil edilib. İndi isə ağacəkmə mövsümünün başlanması ilə əlaqədar həmin sahədə növbəti ağacəkmə fəaliyyətləri davam etdirilir.

Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.

IDEA İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər, yaxud mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.

Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” “qaynar xətt”i və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən “qaynar xətt”ə daxil olan minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Pakistanda terror: 14 polis həlak oldu

Pakistanda terror: 14 polis həlak oldu

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

Ukraynanın əhalisi 25 milyona düşüb

Ukraynanın əhalisi 25 milyona düşüb

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Bir Lider, bir Vətən, bir Tale

Bir Lider, bir Vətən, bir Tale

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Məşhur aktyor xərçəngdən sağaldı

Məşhur aktyor xərçəngdən sağaldı

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

End of content

No more pages to load

RADİO