Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən Fikrət Balabəyovun məhkəməsi başlayıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə məhkənin hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin və zərərçəkmişin anket məlumatları dəqiqləşdirilib.
Zərəçəkmiş şəxs qismində Fikrət Balabəyovun həyat yoldaşı Arzu Balabəyova tanıdılıb.
Proses məhkəmə baxışına verilib və iclas 10 oktyabr tarixinə təyin edilib.
Qeyd edək ki, Fikrət Balabəyov paytaxtın Suraxanı rayonunda ailə məişət zəminində həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arzu Balabəyovanı bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
A.Balabəyova Bakıda özəl klinikaların birində həkim işləyir.
Selcan Zaurqızı, Bizim.Media