Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu, Yalçın Camalovdur.
O, bu vəzifədə Seymur Mövlayevi əvəz edib.
Y.Camalov bundan əvvəl Prezident Administrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin monitorinq və təhlil sektorunun müdiri, o vaxtkı Əmlak Məsələləri Dövlət Komitəsinin İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru, bir sıra özəl şirkətlərdə rəhbər vəzifələrdə işləyib.
Bizim.Media