Güclü selin Zaqatalada törətdiyi FƏSADLAR – FOTO

Qeyri-sabit hava şəraiti şimal-qərb bölgəsinin əksər rayonlarında müşahidə edilsə də, daha çox Zaqatalada güclü leysan yağışları özünü göstərib. Ərazidən keçən Böyük çay, Tala çay və Katex çayda suyun səviyyəsi xeyli artıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sel-sular daha çox rayonun Yuxarı Çardaqlar və Muxax kəndlərinin daxilindən keçən arx və bəndlərdə, yollarda fəsadlar əmələ gətirib.


Yuxarı Çardaqlar kənd sakini Elman Əliyev bildirir ki, leysan nəticəsində onun 20 başa yaxın toyuq-cücəsi məhv olub. Eyni zamanda 3 ton arpasını sel suları məhv edib.

Muxax kənd sakini, şəhid Natiq Mahmudovun bacısı Türkan Mahmudova bildirir ki, yaşadıqları küçə qardaşının adını daşıyır. Şəhid bacısının sözlərinə görə hər yaz və payız ayları gələndə onların küçəsini sel-sular bərbad vəziyyətə salır. Küçənin abadlaşdırılması, sel-suların axması üçün əlavə suötürücülərin qoyulması üçün dəfələrlə yerli bələdiyyə və icra orqanlarına müraciət etdiklərini bildirən Türkan Mahmudova hələ ki, onların müraciətinə baxılmadığını diqqətə çatdırır. Şəhid bacısı bir daha müvafiq təşkilatlardan məsələyə münasibət bildirilməsini xahiş edir.


Muxax kənd icra nümayəndəsi Abdukərim Şabanov baş verən təbiət hadisəsi ilə bağlı bildirib ki, kəndin müxtəlif ərazilərində sel fəlakəti yaşanır. Bütün ərazilərə baxış keçirilib. Müəyyən edilib ki, 10-a yaxın evin zirzəmisinə su dolub. Eyni zamanda, 6-7 hektar fındıq bağları su altında qalıb.


İcra nümayəndəsi yağıntıların fasilələrlə davam etdiyini və kəsilən kimi fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanacağını qeyd edib. O da bildirilib ki, kəndlərin elektrik enerjisi ilə təmin olunması istiqamətində davamlı iş aparılır.











Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Pakistanda terror: 14 polis həlak oldu

Pakistanda terror: 14 polis həlak oldu

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

Ukraynanın əhalisi 25 milyona düşüb

Ukraynanın əhalisi 25 milyona düşüb

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Bir Lider, bir Vətən, bir Tale

Bir Lider, bir Vətən, bir Tale

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Məşhur aktyor xərçəngdən sağaldı

Məşhur aktyor xərçəngdən sağaldı

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

Bakının mərkəzində YANĞIN: Ev yararsız vəziyyətə düşdü - FOTO

Bakının mərkəzində YANĞIN: Ev yararsız vəziyyətə düşdü - FOTO

End of content

No more pages to load

RADİO