Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 46 yaşlı Musayeva Məlahət Bilal qızı və onun 6 yaşlı nəvəsi A.Z. xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər.
Müayinə zamanı M.Musayevaya müştərək travma və azyaşlıya isə açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Bizim.Media