“Karaca”dan ŞİKAYƏT – Mağaza məhsulu qaytaran müştərinin pulunu niyə MƏNİMSƏYİR? - FOTOFAKT

Bakı sakini “Karaca” mağazalar şəbəkəsi tərəfindən aldadıldığını iddia edir.

Bununla bağlı Bizim.Media-ya Nəsimi rayonu Mir Cəlal 10  ünvanında yaşayan Səkinə Kərimzadə müraciət edib. Şikayətçinin sözlərinə görə ötən ay, avqustun 13-ü tarixində Bakı şəhər Nəsimi rayon filialı, Azadliq 99 ünvanında  yerləşən "Karaca" magazasından 696 AZN dəyərində məhsul alıb. Bir gün sonra aldığı məhsulun bir hissəsini geri qaytarıb.

Elə müştəri ilə mağaza arasındakı qalmaqal da bundan sonra yaşanıb:

At oynadan “Karaca”nın müştəriyə cavabı: “Bizdə belədir!

“Evə gələndən sonra “Trendyol”da aldığım məhsulların qiymətinin ikiqat ucuz olduğunu gördüm. Bizdə çox yüksək qiymətlərə satılırmış. Qərara gəldim ki, bir hissəsini qaytarım. Bir gün keçməmişdi. Malları qaytarmaq üçün mağazaya yaxınlaşdım. Toplam 189 manat dəyərində məhsulun alışını saxladım, 507 manat dəyərində məhsulu isə qaytardım. Satıcı məhsulları təhvil alanda ödənişi kartla etdiyim üçün qalıq 507 manat pulu nağd qaytara bilməyəcəklərini, yalnız 30 gün sonra karta geri ödəniş edəcəklərini bildirdi. Mən də razılaşıb evə geri döndüm.

Həmin müddət keçəndən sonra mağazaya zəng etdim. Bu dəfə tamam əks cavab eşitdim. Satıcı çox rahat şəkildə “sizin ödənişi 60 gün müddətində geri qaytara bilərik” dedi. Etiraz etdim, “siz nə haqla mənim pulumu saxlayıb, geri qaytarmırsız. Bu nə deməkdir. Br aydan çox vaxt keçib, pulu geri qaytarmaq belə çətindir?” dedim. Mağazadan “bizdə belədir, gedin hara istəyirsiz şikayət edin” deyə cavab verilir. Filialın başqa əlaqə nömrələrinə yığıram, cavab verən yoxdur. Heç cür mənə kömək edən tapılmır. Demək ki, bunlar pulumu dövriyyəyə buraxıb qazanırlar, məni isə boş yerə incidirlər. Üstəlik Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 15-ci maddələrində sözükeçən alınan malların geri qaytarılması haqqında mövcud olan haqqlarım kobud şəkildə pozulub”.  

“Pulunu geri ala bilmir”

Şikayətçi “Karaca”mağazalar şəbəkəsinin baş ofisinə, eləcə də tabeliyində olan “Evfemiya” MMC-yə də müraciət etdiyini, amma indiyədək haqqı olan pulunu geri ala bilmədiyini deyib.

Çarəsiz qalan şikayətçi Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə ərizə ilə müraciət edib.

Şikayətlər içində “boğulan” “Karaca”

Məsələ ilə bağlı “Karaca” mağazalar şəbəkəsinin Nəsimi rayon filialı, Azadliq 99 ünvanında  yerləşən fililı ilə əlaqə yaratdıq. Mağaza əməkdaşı olan bir xanım sualımızı eşidər, eşitməz bizi 077 324 25 15 əlaqə nömrəsinə yönəltdi. Bu əlaqə vasitələrinə isə günlərdir cavab verən tapılmır.

Məlumat üçün bildirək ki, “Karaca” mağazalar şəbəkəsindən zaman-zaman mediada müştəri şikayətləri dərc olunub. Xüsusilə mağazanın Nəsimi rayon, Azadlıq 99 ünvanındakı filialından müştərilərə yararsız məhsul vermələri ilə bağlı ikinci dəfədir ki, Bizim.Media-da şikayət dərc olunur. Bundan əlavə yerli mediada mağazanın külli miqdarda vergi borcu olduğuna dair sənədlər də yer alıb.  Eyni zamanda “Karaca” mağazalar şəbəkəsi müştəriləri ƏDV məsələsində də “texniki problem” adı altında aldadır. Bu azmış kimi çoxsaylı şikayətlərə görə sözügedən mağaza vətəndaşları şirkətin elan etdiyi 70 faiz endirim kampaniyasında da aldadır.

Məlumat üçün bildirək ki, hazırda Gəncəli İsmayılovun təsisçisi olduğu “Evfemiya” MMC məşhur brend qab-qacaqlarının satışını həyata keçirən “Karaca” mağazalar şəbəkəsi idarə edir. “Evfemiya” adının özü də Çexiyanın məşhur qab-qacaq şirkətinin adından götürülüb. Bu məhsullar da “Karaca”da satılır.

“Pulunu ver, itil cəhənnəmə...”

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov məlum hadisəni istehlakçı aldadılması və hüququnun pozulması kimi dəyərləndirib:

“Bu gün ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir. İstehlakçı hüquqlarına dair qanun 1995-ci ildə qəbul olunub. Ondan sonra olan bütün dəyişikliklər istehlakçının zərərlərinə səbəb  olub. Qaldı ki, “Karaca” mağazalar şəbəkəsinə, bu şirkətdən çoxsaylı şikayətlər gəlir. Bu şirkət də digər biznes qurumları kimi “pulunu ver, itil cəhənnəmə” prinsipi ilə işləyir. Pulunu alandan sonra istehlakçı onların qapısını açıb, geri dönə bilmir.

Karta ödəniş olarsa və geri qaytarma baş verərsə, istehlakçının pulu 15 gün müddətində geri qaytarılmalıdır. Tövsiyəm budur ki, şikayətçi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsin”.

Yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq...









Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

Yaraları necə tez sağaltmaq olar?

Yaraları necə tez sağaltmaq olar?

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

End of content

No more pages to load

RADİO