Xətai rayonu Cavanşir küçəsindəki qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 18.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Məhəmməd Hadi, Çingiz Kərimov, Xudu Məmmədov, Rahib Məmmədov və Cavanşir küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media