Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü Ağayev Cəmil Fərman oğlu yolu keçərkən onu motosiklet vurub. Piyada ağır xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları faktı araşdırır.
Bizim.Media