Heydər Əliyev Fondu tərəfindən inşa olunan körpələr evi-uşaq bağçası istifadəyə verildi – FOTO

Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı sahəsindəki fəaliyyəti çərçivəsində növbəti layihəsi sentyabrın 17-də Qaradağ rayonunda həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, rayondakı 286 saylı körpələr evi-uşaq bağçası 1980-ci illərdə inşa olunub. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyaları köhnəlib və istifadəyə yarasız vəziyyətə düşüb.

Heydər Əliyev Fondu tərəfindən binada təmir-bərpa işləri həyata keçirilib və bağçanın 120 yerlik yeni binası artıq istifadəyə verilib. Burada uşaqlar üçün yataq və oyun otaqları, akt zalı, mətbəx, tibb otağı və digər inzibati və texniki otaqlar mövcuddur.

Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları yaradılıb, qruplar üçün söhbətgahlar quraşdırılıb. 

Körpələr evi-uşaq bağçasının açılışında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA), Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər. 

MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova yeni fəaliyyətə başlayan uşaq bağçasının kollektivinə uğurlar arzulayıb. 

Dövlətin təhsilə olan diqqət və qayğısından bəhs edən İ.Rəsulova təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirildiyini, yeni bağçaların tikildiyini və ya köhnələrinin əsaslı təmir olunduğunu söyləyib. 

İki birmərtəbəli korpusdan ibarət bina zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. 

Fikirlərini bölüşən 286 saylı körpələr evi-uşaq bağçasının müəllimi Tahirə Qəhrəmanova 1985-ci ildən burada fəaliyyət göstərdiyini deyib. Bağçanın yenidən qurulmasından sonra burada yaradılan şəraitə görə Azərbaycan dövlətinə təşəkkür edən T.Qəhrəmanova deyib: “Çalışacağıq ki, uşaqları vətənpərvər ruhda tərbiyə edək, onları cəmiyyətə faydalı vətəndaşlar kimi böyüdək”. 

Qeyd edək ki, yeni istifadəyə verilən 286 nömrəli uşaq bağçası 120 yerlikdir. 











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

Yaraları necə tez sağaltmaq olar?

Yaraları necə tez sağaltmaq olar?

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

End of content

No more pages to load

RADİO