Gəncədə qanunsuz tikililərə qarşı monitorinqlər davam edir.
Bizim.Media xəbər verir ki, həyata keçirilən növbəti monitorinqlər zamanı şəhərin N.Gəncəvi prospekti 26 ünvanında və Fətulla Həsənov küçəsində müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan yaşayış, qeyri-yaşayış sahələri, o cümlədən Ozan küçəsində qanunsuz yerləşdirilmiş dəmir konstruksiyalı köşk aşkarlanıb.
Qanunamüvafiq tədbirlərlə sözügedən obyektlərin bəzilərində aparılan tikinti işləri dayandırılıb, digərlərinin söküntüsü təmin edilib, qanunsuz köşk isə götürülürək ərazidən kənarlaşdırılıb.


Bizim.Media