Xəzərin suyunun içməli suya çevrilməsi ilə bağlı YENİ DETALLAR – RƏSMİ

Xəbər verildiyi kimi 2023-cü il aprel ayında Prezident İlham  Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb. Sərəncama görə, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilməlidir.

Sərəncamdan irəli gələn məsələlərin həlli bir neçə quruma, o cümlədən, İqtisadiyyat Nazirliyinə tapşırılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Dəniz suyundan içməli su istehsal ediləcək - PİLOT LAYİHƏ


Hazırda həmin layihə ilə bağlı işlər hansı mərhələdədir?

Bizim.Media-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirilib ki, ölkənin su təhlükəsizliyinin təmin edilməsi, əhalinin içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlbi sosial-iqtisadi inkişafda önəm kəsb edir:

“Bu məqsədilə 2023-cü ilin 12 aprel tarixində dövlət başçısı tərəfindən dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalanıb.

Bu istiqamətdə Sumqayıt şəhərində illik istehsal gücü 100 milyon m3 olan dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrasına qərar verilib. Layihənin məqsədi şirin su mənbələrinin şaxələndirilməsi, Bakı şəhəri və Abşeron yarımadasında içməli suya artan tələbatın təmin edilməsi, dövlətin içməli su təchizatı sistemində maliyyə və texniki yükünün azaldılması, içməli su təchizatı sahəsində beynəlxalq təcrübənin və ölkəyə texnologiya transferinin stimullaşdırılmasından ibarətdir”.

Məlumatda qeyd olunub ki, İqtisadiyyat Nazirliyi tərəfindən zavodun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi və idarə edilməsi üçün potensial investorların seçilməsi məqsədi ilə 8 fevral 2024-cü il tarixində müsabiqə elanı verilib:

“Müsabiqədə iştirak etmək üçün maraq bildirmiş şirkətlərə müvafiq ixtisas qiymətləndirməsi sənədləri göndərilmiş və ixtisas uyğunluğunu keçən şirkətlər müsabiqəyə dəvət alıb. Müsabiqə prosesi hazırda davam edir. Müsabiqənin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

Yaraları necə tez sağaltmaq olar?

Yaraları necə tez sağaltmaq olar?

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

End of content

No more pages to load

RADİO