Məşhur bloqer Nəzrin Nəcəfova yeni geyimi ilə diqqətləri öz üzərinə çəkib.
Bizim.Media xəbər verir ki, bloqerin “Alkhara” brendindən olan geyimi insanların marağına səbəb olub.
Sözügedən qırmızı rəngli, uzun libas 2024-cü ilin dəbinə uyğun olaraq hazırlanıb.
Bloqerin bu geyimdəki fotoları “İnstagram”dakı izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb. Bloqerin izləyiciləri geyimin rəngini, zərifliyini və dəbli dizaynını bəyəndiklərini yazıblar.
Qeyd edək ki, bloqer Nəzrin Nəcəfova Azərbaycan Respublikasının Xalq artisti Mələkxanım Əyyubovanın qızıdır.
Xatırladaq ki, "Alkhara" brendi 2021-ci ildə yaradılıb. Brendin təsisçisi və dizayneri Kövsər Salmanovadır. "Alkhara" markası Azərbaycanın milli və eyni zamanda nadir tapılan alxara parçasından ilhamlanaraq ərsəyə gətirilib.


Bizim.Media