BİZİM TƏQVİM: 17 sentyabrda baş vermiş tarixi hadisələr

1918-ci ilin bu günündə Qafqaz İslam Ordusu Bakını “Sentrokaspi diktaturası” hökumətindən və daşnak tör-töküntülərindən təmizlədikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncədən Bakıya köçüb. Bakı rəsmən Cümhuriyyətin paytaxtı elan edilib. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda bolşeviklərin “Bakı Kommunası”nın və eser-menşevik-daşnak “Sentrokaspi” hökumətinin qəbul etdiyi bütün qərar və dekretlərin öz qüvvəsini itirdiyini, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.

Bəs, sentyabrın 17-də dünyada daha hansı hadisələr baş verib?

1. 17 sentyabr 1176-cı ildə Səlcuqlu Sultanı II Qılınc Arslan ilə Bizans imperatoru I Manuil arasında Dənizli yaxınlığında Miryokefalonda olan müharibədə Bizans Ordusu məğlub edildi.

2. 17 sentyabr 1908-ci ildə Orvil Rayt  və birlikdə uçduğu Tomas E. Selfric təyyarə qəzasına uğradılar. Qəzada həlak olan Selfric təyyarə qəzasında ölən ilk insan oldu.

3. 1922-ci ilin bu günündə Berlində “Alqambra” Kino Sarayında dünyada ilk dəfə səsli film nümayiş olunub. Plyonkaya yazılmış film optik-elektron aparatların köməyilə təqdim edilib. Holland yazıçısı German Geyermansın “Araqızışdıran” pyesini “Tri Ergon” şirkətini təşkil edən alman elektrik mühəndisləri Yozef Enql, Hans Foqt və Yozef Massol ekranlaşdırıblar. Lakin səsli filmlərin çəkilməsi əsasən 1930-cu ildən başlanıb.

4. 17 sentyabr 1934-cü ildə Türkiyə Millətlər Cəmiyyətinə üzv seçildi.

5. 17 sentyabr 1941-ci ildə ingilis və Sovet işğalı altında olan İranda Şah Rza taxtdan endirildi. Yerinə oğlu Məhəmməd Rza Pəhləvi keçdi.

6. 17 sentyabr 1961-ci ildə edam cəzasına məhkum edilən baş nazir Adnan Menderes İmralı adasında edam edildi. Bundan 29 il sonra həmin gün Menderes, Polatkan və Zorlunun cənazələri dövlət başçısı Turqut Özalın da iştirak etdiyi mərasimlə İstanbulda Topqapıdakı mavzoleyinə köçürüldü.

7. 17 sentyabr 1978-ci ildə Misir dövlət başçısı Ənvər Sədat ilə İsrail baş nazir Menahem Begin arasında "Camp David" sazişi imzalandı.

8. 1988-ci ilin bu günündə Dağlıq Qarabağın inzibati mərkəzi olan Xankəndində erməni dəstələrinin azərbaycanlı əhalinin evlərinə kütləvi basqınları başlayıb. Şəhərin azərbaycanlı məhəlləsində onlarla ev yandırılıb, partlayış və qırğıınlar törədilib. Sentyabrın 21-də SSRİ rəhbərliyi Xankəndidə xüsusi vəziyyət elan edib, lakin bu müddətədək yüzlərlə azərbaycanlı ailə öz ev-eşiyindən didərgin düşüb.

9. 17 sentyabr 1996-cı ildə ABŞ prezidenti Bill Klinton Küveytə 3 min 500 əsgər göndərdi. Klinton İraqa təcavüzkar mövqeyinə son qoyması ilə bağlı xəbərdarlıq etdi.

10. 17 sentyabr 2016-cı ildə amerikan döyüş təyyarələri Deyr əz Zorda Suriya hərbi bazasını bombaladı, 62 hərbçi həlak oldu.

Sentyabrın 17-də bu şəxsiyyətlər xatırlanır:

1. 17 sentyabr 1946-cı ildə Xalq artisti, müğənni Səməd Səmədov (1946 – 24.7.2021) anadan olub.

2. 17 sentyabr 1950-ci ildə Əməkdar mədəniyyət işçisi, tanınmış xalça ustası Zəhra Əliyeva (1950 – 25.5.2023) Bakıda anadan olub. 

3. 17 sentyabr 1956-cı ildə rəssam, heykəltaraş Müslüm Eldarov (1956-2003) Bakıda doğulub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri olub.

4. 7 sentyabr 2004-cü ildə  teatr rejissoru, Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə (24.3.1927 – 2004) vəfat edib. Lənkəran Dram Teatrının bədii rəhbəri və direktoru olub.

5. 17 sentyabr 2014-cü ildə Xalq artisti, vokal ifaçısı Eldar Axundov (15.3.1949 – 2014) vəfat edib. Müdafiə Nazirliyi Nümunəvi Hərbi Orkestrinin solisti olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

Yaraları necə tez sağaltmaq olar?

Yaraları necə tez sağaltmaq olar?

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

End of content

No more pages to load

RADİO