COP29 zamanı Bakıda qapanma OLMAYACAQ

Xəbər verildiyi kimi noyabr ayında Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Tədbirlə bağlı Azərbaycana 40 minə yaxın turistin gəlməsi gözlənilir. Tədbirin keçirildiyi 12 gün müddətində paytaxtın küçə və yollarında sıxlığın yaranmaması üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Artıq həmin ərəfədə təhsilin onlayn formada təşkili ilə bağlı qərar qəbul edilib.

Həmçinin, Nazirlər Kabineti dövlət orqanlarına dövlət qurumlarında iş rejiminin dəyişdirilməsi ilə bağlı tapşırıq verib.
 

MÖVZU İLƏ BAĞLI:

Baş nazirdən COP29-da ezamiyyə xərcləri ilə bağlı QƏRAR


Dövlət orqanlarında işləyənlərin 70 faizinin məsafədən işləməsi nəzərdə tutulub.

Bununla yanaşı son günlər sosial şəbəkələrdə və vətəndaşlar arasında pandemiya tədbirlərinə bənzər qapanma rejiminin tətbiq ediləcəyinə dair məlumatlar yayılır. İddialara görə nəinki dövlət və özəl müəssisələrdə, eləcə də Bakının nəqliyyat, iaşə və digər sosial infrastruktur sahələrində COP29 ərəfəsində iş dayanacaq. 

Maraqlıdır, bu məzmunda məlumatların həqiqət payı nə qədərdir? 

Bizim.Media-nın əldə etdiyi məlumata görə COP29-la bağlı ölkədə hər hansı qapanma olmayacaq.

İnsanlar öz işlərinə hər zamanki kimi rahat şəkildə davam edəcəklər. Sadəcə olaraq tədbirlə bağlı ölkəyə 40 min qonağın gəlməsi, noyabrın 13 və 14-də isə xarici dövlət başçılarının səfəri zamanı təhlükəsizlik məqsədilə bəzi yollarda məhdudiyyətlərin olacağı labüddür.
 

Məntiqlə təhsil müəssisələrinin məsafədən fəaliyyətinə dair verilən qərar şagird, tələbə və valideynlərin rahatlığı nəzərə alınaraq onların təhlükəsizliyi və tıxaca düşməmələri üçün hesablanmış addımdır. 


Bir sözlə COP 29 ərəfəsində paytaxtın sıxlıqdan əziyyət çəkməməsi, 40 min nəfər qonağı qarşılamaq üçün şəhərin bəzi küçə və yollarında hərəkətin məhdudlaşdırılacağı bildirilsə də, dövlət və özəl müəssisələrdə fəaliyyət eyni qaydada davam etdiriləcək. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

Yaraları necə tez sağaltmaq olar?

Yaraları necə tez sağaltmaq olar?

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

End of content

No more pages to load

RADİO