Şamaxıda şəhid Faiq Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbinin açılışı baş tutub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, 1988-ci ildə inşa olunmuş Şamaxı rayonu Faiq Şıxəliyev adına Bağırlı kənd tam orta məktəb ötən müddət ərzində köhnəlib və istifadəyə yararsız vəziyyətə düşüb.
Məktəbin Heydər Əliyev Fondu tərəfindən inşa olunan 460 şagird yerlik yeni binası artıq şagird və müəllimlərin istifadəsinə verilib.
3 korpusdan ibarət 2 mərtəbəli məktəb binasında 21 sinif otağı, fizika, kimya, biologiya labaratoriyaları, informatika otağı, hərbi təlim və tibb otaqları, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib.










Bizim.Media, Aran bürosu