Bu gün 2024-2025-ci tədris ili başlayır. Məktəblərdə "Bilik günü" qeyd edilir.
Bizim.Media xəbər verir ki, Təhsil Nazirinin müavini İdris İsayev Bakı şəhəri, 53 nömrəli tam orta məktəbdə yeni tədris ilinin açılışında iştirak edib.
O, azad olunmuş ərazilərdə ilk dəfə tədris ilinin başlanılması ilə bağlı təəssüratını bölüşüb.
"Bu gün azad olunmuş ərazilərdə 9 məktəbdə 1410 şagird bu gün məktəbə gedəcək. Onların 79-u birinci sinifə gedən uşaqlardır".
İdris İsayev birinciləri təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb.
















Nuray, Səid Qurbanov, Bizim.Media