Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Düz Cırdaxan kəndində hərəkətdə olan "Toyota" və "VAZ 2107" markalı minik maşınları toqquşub.
Hadisə zamanı bir neçə nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirıldiyi bildirilir. Onların kimliyi müəyyən edilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu