Rusiya-Ukrayna cəbhəsində döyüşən və əslən Astara rayonundan olan 28 yaşlı Hikmət Ağayev həlak olub.
Bizim.Media xəbər verir ki, o, Rusiya vətəndaşı olaraq müqavilə ilə bu ölkənin ordusuna cəlb edilibmiş.
Hikmətin Kursk istiqamətində öldürüldüyü bildirilir.
Qeyd edək ki, həmyerlimiz 10 ilə yaxın Tula vilayətinin Novomoskovsk şəhərində yaşayırmış.


Sabutay, Bizim.Media, Cənub bürosu