Gəndab-Yalama yolunun Xaçmaz rayonundan keçən hissəsində qəza baş verib.
Bizim.Media xəbər verir ki, Şəhriyar Məmmədovun idarə etdiyi "Opel" markalı avtomaşın qəfildən idarəetməni itirərək səkiyə çırpılıb.
Nəticədə 23 yaşlı Şəhriyar Məmmədov keçinib.
Sərnişin, 22 yaşlı Gülməmməd Gülməmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu