İsrail hərbçiləri səhər saatlarında Livan ərazisindən yeni atəşə məruz qalıblar.
Bizim.Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Mənbə qeyd edir ki, İsrailə ümumilikdə 40-a yaxın mərmi atılıb. Bu səbəbdən Yuxarı Qalileyin bəzi ərazilərində və İsrailin nəzarətində olan Qolan təpələrində hava hücumu xəbərdarlığı edilib.
Mərmilərin bəziləri hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib, digərləri isə açıq ərazilərə düşüb. Ölən və yaralananlar barədə məlumat verilmir.
Bizim.Media