Uels Şahzadəsi Keyt Middlton kimyaterapiya müalicəsini başa vurduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, Middlton bu barədə rəsmi “X” video paylaşıb.
Videoda həyat yoldaşı Şahzadə Uilyam və uşaqları ilə keçirdiyi xüsusi anlar yer alıb. O, son 9 ayın özü və ailəsi üçün çətin keçdiyini, kimyaterapiya müalicəsini başa vurduğu üçün isə çox sevindiyini bildirib.
Qeyd edək ki, bu ilin yanvarında Keyt Middlton qarın nahiyəsindən əməliyyat keçirdiyini açıqlamışdı. Mart ayında isə xərçəng hüceyrələrinin aşkarlandığını və profilaktik kimyaterapiya müalicəsi almalı olduğunu təsdiqləmişdi.
Bizim.Media