Xaçmaz rayonunun Xudat qəsəbəsində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-nın sorğusuna bildirilib ki, tibbi ekspertiza təyin edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.