Azərbaycan Avropa Müstəqil Mətbuat Şuraları Alyansının konfransında təmsil olunub - FOTO

Londonda Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AIPCE) illik toplantısı keçirilib. Tədbirə ev sahibliyini Böyük Britaniya mediasının özünütənzimləmə qurumlarından olan “İmpress UK” edib. Toplantıda ölkəmizi Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli və qurumun İdarə Heyətinin üzvü Yadigar Məmmədli təmsil edib.

Mətbuat Şurasından Bizim.Media-ya bildiriblər ki, tədbir AIPCE-yə üzv təşkilatların illik hesabatlarının təqdimatı və müzakirəsi ilə başlayıb.

Ayrı-ayrı ölkələr üzrə mətbuat şuralarının hesabatlarının dinlənilməsindən sonra təşkilati məsələlərə baxılıb. Növbəti bir il üçün AIPCE-nin fəaliyyətini koordinasiya edəcək katiblik formalaşdırılıb. Həmçinin AIPCE-də “müşahidəçi üzv” statusu almaq üçün müraciət ünvanlamış qurumlar nəzərdən keçirilib.

Təşkilati məsələlər sırasında AIPCE-nin 2025-ci il konfransının keçiriləcəyi ölkənin adının müəyyənləşdirilməsi də müzakirə edilib və Monteneqro növbəti ev sahibi seçilib.

Toplantıda, həmçinin müasir media trendləri ətrafında da diskussiya gedib. “Süni intellektin jurnalistikaya təsirləri”, “ChatGPT, Google Search və müəllif hüquqları”, “Peşəkar medianın mövcud problemləri və gələcək təhdidlərə qarşı dayanıqlılığın yaradılması”, “Rəqəmsallaşma dövründə media şuralarının rolu” kimi mövzular üzrə panel sessiyalar təşkil olunub.

Qeyd edək ki, Avropa Müstəqil Mətbuat Şuraları Alyansı (AIPCE) Avropa dövlətlərində fəaliyyət göstərən mətbuat şuralarının koordinasiyasını həyata keçirən beynəlxalq təşkilatdır. 2024-cü ildən etibarən başqa qitələrdəki mətbuat şuralarının da AIPCE-yə müşahidəçi üzv statusunda iştirakına qərar verilib. Azərbaycan Mətbuat Şurası da AIPCE-nin tamhüquqlu üzvüdür və onunla sıx əməkdaşlıq edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məhəmməd Hadinin nadir kitabı hərraca çıxarılıb - FOTO

Məhəmməd Hadinin nadir kitabı hərraca çıxarılıb - FOTO

Paşinyan: Azərbaycanla delimitasiyanın şimaldan cənuba doğru aparılacağı barədə razılaşma var

Paşinyan: Azərbaycanla delimitasiyanın şimaldan cənuba doğru aparılacağı barədə razılaşma var

Sabirabadda kişi sirkə turşusundan öldü

Sabirabadda kişi sirkə turşusundan öldü

Prezidentlə söhbət edən ŞƏHİD ATASI: "Onun duyğulanması məni çox təsirləndirdi" - VİDEO

Prezidentlə söhbət edən ŞƏHİD ATASI: "Onun duyğulanması məni çox təsirləndirdi" - VİDEO

Ərazisinə 170 stadion yerləşən dəmir yolu stansiyası – Vatikandan iki dəfə böyükdür

Ərazisinə 170 stadion yerləşən dəmir yolu stansiyası – Vatikandan iki dəfə böyükdür

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - FOTO

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - FOTO

Gürcülərin yeni dini lideri seçildi

Gürcülərin yeni dini lideri seçildi

Samirə “Maska”da müğənni Nəfəsə bənzədilməsindən gileylənib: “Nəfəs də oldum!” - VİDEO

Samirə “Maska”da müğənni Nəfəsə bənzədilməsindən gileylənib: “Nəfəs də oldum!” - VİDEO

Bu bitkini sadəcə üfləməyin həm də dəmləyib için – Çox xəstəliklərə dərmandır

Bu bitkini sadəcə üfləməyin həm də dəmləyib için – Çox xəstəliklərə dərmandır

Zaqatala sakininin meyiti həyətində aşkarlanıb

Zaqatala sakininin meyiti həyətində aşkarlanıb

Zaur Baxşəliyev efirə qayıdacaq? - FOTO

Zaur Baxşəliyev efirə qayıdacaq? - FOTO

Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı? - VİDEO

Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı? - VİDEO

Azərbaycanlı aktrisaya ağır itki – FOTO

Azərbaycanlı aktrisaya ağır itki – FOTO

Paltaryuyan maşınında ən çox istifadə olunan bu rejim parçaları korlayır

Paltaryuyan maşınında ən çox istifadə olunan bu rejim parçaları korlayır

Premyer Liqa: "Sabah"- "Neftçi" oyununun tarixi açıqlanıb

Premyer Liqa: "Sabah"- "Neftçi" oyununun tarixi açıqlanıb

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Xırdalanda zavodda kişi ölüb

Xırdalanda zavodda kişi ölüb

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

End of content

No more pages to load

RADİO