Nazirlər Kabineti 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilib:
1. “Qarabağ İqtisadi Rayonunda” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilib.
2. “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında” sözləri ilə əvəz edilib.
3. “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı” sözləri “Laçın rayonunda” sözləri ilə əvəz edilib.
Həmçinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradılıb.
Bizim.Media