Bu gün 24 yanvar 2018-ci ildəxa0 KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə növbəti Qarabağ Forumu keçirilib.xa0 xa0Forumda Klassik Xalq Cəbhəsi Partiyasının sədri M.Mirəlioğlu, Müsavat başqanı A.Hacılı, Azadlıq partiyasının sədri Ə. Oruc, Vahid Azərbaycan Milli Birlikxa0 Partiyasının sədri H.Əzimov, Milli İstiqlal partiyasının baş katibi A.Arzuxan, Ümid Partiyasının sədri İ.Ağazadə, Böyük Azərbaycan Partiyasının sədri E.Musayev, Xalq Partiyasının sədri P.Hüseyn, Azad Demokratlar Partiyasının sədri S.Əkbər, Demokrat Partiyasının sədri S.Cəlaloğlu, Ağ Partiya başqanı T.Abbaslı, Milli Demokrat Partiyasının sədrixa0 İ.Həmidov, Qarabağ Azadlıq Təşkilatının sədri A.Nağı, keçmiş döyüşçülər, o cümlədədən keçmiş Laçın Batalyonunun komandiri Arif Paşa, QHT rəhbərləri, mətbuat nümayəndələri iştirak edib.
Azərbaycan ərazilərinin azad edilməsi uğrunda hərbi əmliyyatları bərpa etməli, partizan hərəkatına başlanmalı, Qarabağ ərazisində ermənilərin məskunlaşmasının qarşısı alınmalıdır. Bu fikirlər Qarabağ Forumundakı çıxışların ana xəttini təşkil edib.
Müzakirələrdən sonra Forum yekun snəd qəbul edib. Sənəddə deyilir:
“Dağlıq Qarabağ problemi ətrafında yaranmış vəziyyəti müzakirə edən Forum iştirakçıları bildirir ki :
Azəbaycan hökumətinin Dağlıq Qarabağın işğaldan azad edilməsi isiqamətində real, əməli addımlarını qeyd-şərtsiz dəstəkləyəcək.
Təcavüzün başlanmasından 30 ildən artıq, atəşkəs rejiminin elan olunmasından 24 il keçməsinə baxmayaraq, Azərbaycan hakimiyyətinin təcavüzün aradan qaldırılması, ölkənin ərazi bütövlüyünün təmin olunması ilə bağlıxa0 heç bir proqramı, sistemli fəaliyyəti yoxdur.
Azərbaycan hakimiyyətinin ötən 24 ildə sərgilədiyi –xa0 Azərbaycanın eneryi və kommunikasiya resurslarından istifadə etməklə, Ermənistanı iqtisadixa0 blokadaya almaqla, Azərbaycanın hərbi büdcəsini artırmaqla problemixa0 həll etmək cəhdləri heç bir nəticə verməyib.xa0 Rusiyanın və İranın Ermənistana açıq dəstəyi ilə Azərbaycanın strateyi, potensial üstünlüklərindən istifadə etmək mümkün olmayıb.
Erməni tərəf təcavüzü davam etdirmək üçün həm erməni cəmiyyətinin, həm erməni diasporunun, həm müttəfiqlərinin bütün resurslarından istifadə etdiyi halda, Azərbaycan hakimiyyətinin düzgün olmayan siyasəti nəticəsində həm Azərbaycan cəmiyyətinin potensialı problemin həllinə yönəldilməyib, həm də Azərbaycanın beynəlxalq imicinə ciddi ziyan dəyib.
1992-93-cü illərdə BMT qətnamələrində erməni ordusunun Azərbaycan ərazilərindən qeyd-şətsiz çıxarılması tələb olunurdu, tərəflər təcavüzkar və təcavüzə məruz qalan kimi təsnif olunurdu. 24 il davam edən uğursuz diplomatik danışıqlar nəticəsində Krakov razılaşmasında tərəflər “münaqişənin iştirakçıları” kimi təsnif olunur,xa0 Azərbaycan-Ermənistan sərhəddində deyil, Azərbaycanın daxilindəxa0 “hərbi təmas xəttində”xa0 hansı tərəfin atəşkəsi pozduğunu müəyyənləşdirmək üçün müşahidə missiyasının gücləndirilməsi kimi razılaşmalar əldə olunub. 2 aprel 2016-cı ildə ordumuzun qurbanlar bahasınaxa0 həyata keçirdiyixa0 rəşadətlixa0 əməliyyatının bu cür diplomatikxa0 uğursuzluqla nəticələnməsixa0 cinayət kimi qiymətləndirilməlidir.
Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vasitəçilərin iştirakıxa0 ilə gedən danışıqların mahiyyəti ilə bağlı içtimaiyyəti məlumatlandırmalı, Minskxa0 qrupundakıxa0 həmsədrlər ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə problemin həllinin mümkünsüzxa0 olduğu nəzərə alınmalı,xa0 ictimaiyyəti aldatmağa yönəlik sərt ritorikaxa0 dayandırılmalıdır.
Cəmiyyətin bütün gücünün Dağlıq Qarabağ probleminin həllinə yönləndirilməsixa0 ilə bağlı siyasi partiyaların iştirakı ilə parlamentdə qapalı müzakirələr aparılmalıdır.
Azərbaycanın Dağlıqxa0 Qarabağ problemini həll etmək qüdrətində olması və milli birlik üçün hakimiyyətdəki korrupsioner və rüşvətxorlar hakimiyyətdən kənarlaşdırılmalı, ölkədə insan haqları, sosial ədalət, mətbuat azadlığı və məhkəmələrin müstəqilliyi təmin olunmalıdır.
Azərbaycan hökuməti öz üzərinə götürduyü beynəlxalq öhdəliklərə, o cümlədən insan haqları ilə bağlı demokratik prinsiplərə əməl etməli, dünyanın və Avropanın demokratik təsisatları ilə münasibətlərdəki problemlər ortadan götürülməlidir.
Dağlıq Qarabağ probleminin həlli üçün hakimiyyət müddətsiz, qeyri müəyyən fəaliyyətlərdən imtina etməli , konkret, müddətli antiterror əməliyyatı ilə öz ərazilərini terrorçulardan təmizləmə konsepsiyaının icrasına başlamalıdır.”
Daha sonra Forumda iştirak edən bütün siyasi partiyalar Türkiyənin Afrin əməliyyatını müdafiə etdiklərixa0 barədə bəyanat qəbul ediblər.
Siyasi partiyalar 20 yanvar anım günündə hakimiyyətin süni qarşıdurma yaratmaq cəhdini yolverilməz, milli birliyəxa0 qarşı addım kimi qimətləndiriblər.(azadliq.news)