Qafqaz dağlarında güclü meşə yanğını nəticəsində bir qrup turist dərədə köməksiz vəziyyətdə qalıb.
Bizim.Media xəbər verir ki, bununıla bağlı "Telegram" kanallarında video görüntülər yayılıb.
Bildirilib ki, yeddi turist Dombay kurortunda (Rusiya) Qonaçxır dərəsində qalıb. Onların köməyinə 40 xilasedici göndərilib.
Qaraçay-Çərkəz bölgəsindəki dağlıq ərazilərdə tüstülənmə ilə bağlı ilk xəbərlər ötən gecə ortaya çıxıb.
Yaşayış məntəqələri üçün heç bir təhlükənin olmadığı bildirilib.
Bizim.Media