BİZİM TƏQVİM: 23 avqustda baş vermiş tarixi hadisələr

23 avqust 1514-cü ildə Səfəvi dövlətinin başçısı Şah I İsmayılın qoşunları ilə Sultan I Səlimin başçılıq etdiyi Osmanlı ordusu arasında Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) döyüş baş verib. Dövrün iki qüdrətli türk dövlətinin üzə-üzə gəldiyi döyüşdə Səfəvi ordusu məğlub olub.

Osmanlı ordusu Xoy və Mərəndi, hətta Səfəvi dövlətinin paytaxtı Təbrizi tutub, lakin bir həftə sonra oranı tərk edib. Çaldıran döyüşündə qələbə sayəsində Osmanlı dövləti Ərzurum daxil olmaqla Şərqi Anadolunu və Şimali Mesopotamiyanı (indiki Şimali İraq) ələ keçirib. Məğlubiyyət Səfəvilərin hərbi-siyasi nüfuzuna ağır zərbə vurub.

Bəs avqustun 23-də dünyada daha hansı hadisələr baş verib?

1. 1305-ci ilin 23 avqust tarixində “Cəsur ürək” filminə də mövzu olan şotlandiyalı vətənsevər Sör Vilyım Vallas Londonda işgəncə verilərək öldürüldü.

2. 23 avqust 1921-ci ildə Azadlıq Müharibəsinin ən çətin hərblərindən biri olan Sakarya Meydan müharibəsi start götürdü.

3. 23 avqust 1923-cü il tarixində Türkiyə Böyük Millət Məclisi (TBMM) Lozanna müqaviləsini təsdiqlədi.

4.    1925-ci il avqustun 23-də Cümhurbaşqanı Mustafa Kamal Atatürk Kastamonuda Şapka və Qiyafət inqilabını başlatdı.

5. 23 avqust 1939-cu ildə Almaniya ilə Sovet İttifaqı  “Molotov-Ribbentrop paktı” imzaladı. Bu pakta görə hər iki dövlət bir-birinin üzərinə 10 il müddətinə hücum etməmək haqqında öhdəlik götürdülər. Lakin Almaniya tərəfi bu razılaşmanı pozaraq 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi.

6. 23 avqust 1942-ci ildə 2-ci Dünya müharibəsinin taleyini dəyişən Stalinqrad mühasirəsinə başlandı.

7. 23 avqust 1990-cı ildə Qərbi Almaniya ilə Şərqi Almaniya oktyabrın 3-də birləşəcəklərini elan etdilər.

8. 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının mərkəzlərini və kəndlərinin böyük hissəsini işğal edib. Həmin ilin oktyabrında hər iki rayon bütünlüklə işğal altına düşdü.

1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzulinin Arazboyu kəndlərini  və Horadiz qəsəbəsini düşməndən azad etdi . 2016-cı ilin Aprel döyüşlərində qalibiyyət sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri doğma yurda qayıtdılar. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Cəbrayıl (4 oktyabr) və Füzuli (17 oktyabr) şəhərləri, hər iki rayonun bütün kəndləri işğaldan azad edildi.

9. 23 avqust 2000-ci ildə “Gulf Air”ə məxsus sərnişin təyyarəsi Bəhreyn yaxınlığında Bəsra körfəzinə düşdü; 143 nəfər həlak oldu.

10. 23 avqust 2005-ci ildə Peruda sərnişin təyyarəsi düşdü; 41 nəfər öldü.

11. 2008-ci ililin günündən etibarən xüsusi dövlət mühafizə xidməti işçiləri günü qeyd olunmaqla başlanıb. Bu peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 21 avqust tarixli Sərəncamı ilə təsis edilib.

23 avqustda bu şəxsiyyətlər xatırlanır:

1. 23 avqust 634-cü ildə Məhəmməd peyğəmbərin ilk xəlifəsi Hz. Əbu Bəkir 63 yaşında vəfat etdi.

2. 23 avqust 1851-ci ildə Çex yazıçısı Alois Yirasek (1851-1930) anadan olub. “Yan Qus” trilogiyası, “Yan Jijka” və s. tarixi romanların müəllifidir.

3. 23 avqust 1880-ci ildə  rus yazıçısı Aleksandr Qrin (1880-1932) anadan olub. Əsərləri: “Al yelkənlər”, “Dalğalar üzərində qaçan”, “Qızıl zəncir” və s.

4. Azərbaycanın hərb tarixində böyük iz buraxmış general Cəmşid Naxçıvanski 23 avqust 1935-ci ildə dünyasını dəyişib (1895-1935).

5. 23 avqust 1922-ci ildə tarixçi alim, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Quliyev (1922 – 6.11.1969) anadan olub. Tarix İnstitutunun direktoru işləyib.

6. 1943-cü ilin bu günündə görkəmli kinorejissor və aktyor, Xalq artisti Şahmar Ələkbərov anadan olub(1943-1992). Ş.Ələkbərov Azərbaycan kinosunda Qəzənfər ("Yeddi oğul istərəm"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək") və digər yaddaqalan obrazlar yaradıb.

7. 1993-cü ilin 23 avqustunda Azərbaycanın Milli Qəhrəmanları Etibar Əliyev, Paşa Təhməzov və Soltanağa Bayramov şəhidlik zirvəsinə yüksəliblər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi – FOTO/VİDEO

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi – FOTO/VİDEO

Qızıl Ordanın şərəfinə sikkə buraxıldı

Qızıl Ordanın şərəfinə sikkə buraxıldı

İsrail BƏƏ-yə “Dəmir günbəz” sistemləri göndərdi

İsrail BƏƏ-yə “Dəmir günbəz” sistemləri göndərdi

Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

71 yaşlı əməkdar artist tanınmaz halda –VİDEO

71 yaşlı əməkdar artist tanınmaz halda –VİDEO

Bu şəxslərə HÖKM OXUNDU

Bu şəxslərə HÖKM OXUNDU

Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək

Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək

Volodindən Ermənistana xəbərdarlıq: “Ukraynada da hər şey belə başlamışdı”

Volodindən Ermənistana xəbərdarlıq: “Ukraynada da hər şey belə başlamışdı”

Rasim İldırım barışıq üçün ona- 150 min təklif edir

Rasim İldırım barışıq üçün ona- 150 min təklif edir

Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”

Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”

ABŞ TRIPP layihəsi ilə bağlı İrəvana nümayəndə heyəti göndərdi

ABŞ TRIPP layihəsi ilə bağlı İrəvana nümayəndə heyəti göndərdi

Paşinyandan Mirzoyanla gündəm olan görüntülərinə REAKSİYA

Paşinyandan Mirzoyanla gündəm olan görüntülərinə REAKSİYA

15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO

15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

SON DƏQİQƏ! Gürcüstandan ölkəmizə heyvan idxalının qarşısı ALINDI – FOTO

SON DƏQİQƏ! Gürcüstandan ölkəmizə heyvan idxalının qarşısı ALINDI – FOTO

Qumar borcuna görə qonşu qadını öldürüb, qızıllarını oğurladı – Qandonduran CİNAYƏT – FOTO

Qumar borcuna görə qonşu qadını öldürüb, qızıllarını oğurladı – Qandonduran CİNAYƏT – FOTO

Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir

Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir

"Shein" “Temu”nu məhkəməyə VERDİ

"Shein" “Temu”nu məhkəməyə VERDİ

Xəstəxanaya yerləşdirilən Akif İslamzadə ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

Xəstəxanaya yerləşdirilən Akif İslamzadə ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

Azərbaycanlı müşahidəçilər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edəcək? – Deputatdan AÇIQLAMA

Azərbaycanlı müşahidəçilər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edəcək? – Deputatdan AÇIQLAMA

Adil Kərimliyə AĞIR İTKİ – FOTO

Adil Kərimliyə AĞIR İTKİ – FOTO

Meyiti atasının evinin qarajında tapıldı

Meyiti atasının evinin qarajında tapıldı

End of content

No more pages to load

RADİO