Hüseyn Abdullayevin məhkəməsi təxirə salındı

Sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə videoformatda keçirilən məhkəmə iclası onun səhhəti ilə bağlı müayinələrin aparılması və müalicə müəssisəsinə sorğu göndərilməsi üçün təxirə salınıb. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda müttəhimin vəkili Şəhla Hümbətova deyib ki, müvəkkili iclasda iştirak edə bilmir. 

"Hüseyn Abdullayevin vəziyyəti pisdir. O, müalicə olunmalıdır. Məhkəmədən xahiş edirik ki, bununla bağlı müzakirələr aparılsın", - vəkil deyib. 

Sabiq deputat da səhhəti bərpa olunana qədər iclaslarda iştirak etmək istəmədiyini deyib. 

Məhkəmə iclası sentyabrın 5-nə kimi təxirə salınıb. 

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib. 

Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb. 

İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi – FOTO/VİDEO

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi – FOTO/VİDEO

Qızıl Ordanın şərəfinə sikkə buraxıldı

Qızıl Ordanın şərəfinə sikkə buraxıldı

İsrail BƏƏ-yə “Dəmir günbəz” sistemləri göndərdi

İsrail BƏƏ-yə “Dəmir günbəz” sistemləri göndərdi

Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

71 yaşlı əməkdar artist tanınmaz halda –VİDEO

71 yaşlı əməkdar artist tanınmaz halda –VİDEO

Bu şəxslərə HÖKM OXUNDU

Bu şəxslərə HÖKM OXUNDU

Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək

Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək

Volodindən Ermənistana xəbərdarlıq: “Ukraynada da hər şey belə başlamışdı”

Volodindən Ermənistana xəbərdarlıq: “Ukraynada da hər şey belə başlamışdı”

Rasim İldırım barışıq üçün ona- 150 min təklif edir

Rasim İldırım barışıq üçün ona- 150 min təklif edir

Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”

Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”

ABŞ TRIPP layihəsi ilə bağlı İrəvana nümayəndə heyəti göndərdi

ABŞ TRIPP layihəsi ilə bağlı İrəvana nümayəndə heyəti göndərdi

Paşinyandan Mirzoyanla gündəm olan görüntülərinə REAKSİYA

Paşinyandan Mirzoyanla gündəm olan görüntülərinə REAKSİYA

15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO

15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

SON DƏQİQƏ! Gürcüstandan ölkəmizə heyvan idxalının qarşısı ALINDI – FOTO

SON DƏQİQƏ! Gürcüstandan ölkəmizə heyvan idxalının qarşısı ALINDI – FOTO

Qumar borcuna görə qonşu qadını öldürüb, qızıllarını oğurladı – Qandonduran CİNAYƏT – FOTO

Qumar borcuna görə qonşu qadını öldürüb, qızıllarını oğurladı – Qandonduran CİNAYƏT – FOTO

Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir

Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir

"Shein" “Temu”nu məhkəməyə VERDİ

"Shein" “Temu”nu məhkəməyə VERDİ

Xəstəxanaya yerləşdirilən Akif İslamzadə ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

Xəstəxanaya yerləşdirilən Akif İslamzadə ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

Azərbaycanlı müşahidəçilər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edəcək? – Deputatdan AÇIQLAMA

Azərbaycanlı müşahidəçilər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edəcək? – Deputatdan AÇIQLAMA

Adil Kərimliyə AĞIR İTKİ – FOTO

Adil Kərimliyə AĞIR İTKİ – FOTO

Meyiti atasının evinin qarajında tapıldı

Meyiti atasının evinin qarajında tapıldı

End of content

No more pages to load

RADİO