Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Fərid Osmanov işdən çıxıb.
Bizim.Media bu barədə AMB-yə istinadən xəbər verir.
Beləliklə, qurumun Baş direktorlarının sayı 9-a düşüb.
Qeyd edək ki, Fərid Osmanov Azərbaycan Mərkəzi Bankında əmək fəaliyyətinə 2005-ci ildə başlayıb. 2020-ci ilin yanvarında Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Osmanov 2013-2020-ci illərdə informasiya texnologiyaları şöbəsinə rəhbərlik edib.
Bizim.Media