Azərbaycanda falçı həkimin 22 min manat pulunu ələ keçirdi: TƏFƏRRÜAT - FOTO

Azərbaycanda falçı kişi işlərini asan yolla həll etmək məqsədilə ona müraciət edən həkim-kardioloqun başına oyun açıb.                                                                      

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı və Quba rayonlarında yerləşən evlərini satmaqda çətinlik çəkən kardioloq xanım tanışlarının məsləhəti ilə falçıya üz tutub. 

Onu inandırıblar ki, Astaranın dağ kəndində yaşayan Alim adlı falçı bağlı yolları açmaqda, hər cür problemlərin həllində və şər qüvvələri insandan uzaqlaşdırmaqda mahirdir.

İstintaq materiallarında yazılıb ki, tanışlarının dediklərini sınamaq qərarına gələn həkim falçı Alimə üz tutub. Falçı elə ilk söhbətində həkim xanımı vahiməyə salıb. Guya Alim zərərçəkmişin oğlunun gələcəkdə bədbəxt hadisə nəticəsində bıçaqlanacağını görüb. O, gözlənilən bədbəxt hadisənin qarşısını almaq və evlərin satılması üçün yol açmaq adı ilə zərərçəkmişdən ayrı-ayrı vaxtlarda 22 min manat pul alıb.

Uzun müddət falçının dediklərini edən qadın aldadıldığının fərqinə 1 ildən sonra varıb. Onun şikayəti əsasında Alim Əliyev cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Məhkəmə ziyanı ödəməsi üçün şans verib, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilib.

Hazırda cinayət işini Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova araşdırır.

Anket məlumatlarından görünür ki, A.Əliyev ali təhsillidir, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirib.

Məhkəmədə zərərçəkmiş həkim falçının başına gətirdikləri haqda danışıb. Qadının sözlərinə görə, evin satışı ilə bağlı 10 gün təqsirləndirilən şəxslə birgə Bakıdan Qubaya gedib. İnanırmış ki, falçı evin bəxtini açır:

“Özü də səhər saat 5-də şəhərdən çıxırdıq. O boyda yolu gedirdik, çatan kimi həyətdə fırlanırdı. Quran açırdı. Deyirdi ki, şər qüvvələri götürəcək, evin bəxti açılacaq. Nə bilim gah deyirdi evin yolları bağlıdır, gah deyirdi görünməz qüvvələr evin satışına icazə vermir. Nə isə 10 dəfə bunu götürüb Qubaya apardım. Amma heç bir nəticə olmadı. Sonuncu dəfə telefonla əlaqə yaratdıq. Mənə başına şal bağlanmış şəklini atdı, dedi bu dəqiqə sənin işini həll edirəm. Hissə-hissə ümumilikdə 22 min manat verdim. Həmin pulu istəyirəm”.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilmədiyini deyib. Dediyinə görə, ona İlahidən vəhy gəlir, Quranda gördüklərini insanlara deyir. O, zərərçəkmişi aldatmadığını, əksinə bağlı yollarını açdığını bildirib.

Falçı müttəhimin dedikləri hakimi təəccübləndirib: “Nə danışırsınız siz?! Deyirsiniz mənə vəhy gəldi ki, zərərçəkmişin oğlu bıçaqlanacaq və ya şər qüvvələri təmizləməsəniz, evi sata bilməyəcək. Belə şey olar?”. 

“Məhkəmə zalındayıq deyə vəhy gəlmir, yoxsa ilahi gücümü əyani göstərərdim”, - deyə falçı müttəhim hakimə cavab verib.

Hakim falçıya zərərçəkmişə şəxsə dəymiş ziyanı ödəməsini tapşırıb. Hakim qanunun tələbini izah etdikdən, ziyan ödənilməsə, təqsirli bilindiyi halda onu gözləyən cəzanı dedikdən sonra o, iki iclas sonra aldığı pulun hamısını zərərçəkmişə ödəyib.

Qarşıdakı iclaslarda bu iş üzrə qərar elan ediləcək. Zərərçəkmişə dəymiş ziyan və rüsum ödənildiyi üçün cinayət işinə xitam verilə bilər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Böyük Britaniyada nazir Kir Stramerə görə istefa verdi - FOTO

Böyük Britaniyada nazir Kir Stramerə görə istefa verdi - FOTO

İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi – FOTO/VİDEO

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi – FOTO/VİDEO

Qızıl Ordanın şərəfinə sikkə buraxıldı

Qızıl Ordanın şərəfinə sikkə buraxıldı

İsrail BƏƏ-yə “Dəmir günbəz” sistemləri göndərdi

İsrail BƏƏ-yə “Dəmir günbəz” sistemləri göndərdi

Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

71 yaşlı əməkdar artist tanınmaz halda –VİDEO

71 yaşlı əməkdar artist tanınmaz halda –VİDEO

Bu şəxslərə HÖKM OXUNDU

Bu şəxslərə HÖKM OXUNDU

Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək

Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək

Volodindən Ermənistana xəbərdarlıq: “Ukraynada da hər şey belə başlamışdı”

Volodindən Ermənistana xəbərdarlıq: “Ukraynada da hər şey belə başlamışdı”

Rasim İldırım barışıq üçün ona- 150 min təklif edir

Rasim İldırım barışıq üçün ona- 150 min təklif edir

Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”

Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”

ABŞ TRIPP layihəsi ilə bağlı İrəvana nümayəndə heyəti göndərdi

ABŞ TRIPP layihəsi ilə bağlı İrəvana nümayəndə heyəti göndərdi

Paşinyandan Mirzoyanla gündəm olan görüntülərinə REAKSİYA

Paşinyandan Mirzoyanla gündəm olan görüntülərinə REAKSİYA

15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO

15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

SON DƏQİQƏ! Gürcüstandan ölkəmizə heyvan idxalının qarşısı ALINDI – FOTO

SON DƏQİQƏ! Gürcüstandan ölkəmizə heyvan idxalının qarşısı ALINDI – FOTO

Qumar borcuna görə qonşu qadını öldürüb, qızıllarını oğurladı – Qandonduran CİNAYƏT – FOTO

Qumar borcuna görə qonşu qadını öldürüb, qızıllarını oğurladı – Qandonduran CİNAYƏT – FOTO

Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir

Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir

"Shein" “Temu”nu məhkəməyə VERDİ

"Shein" “Temu”nu məhkəməyə VERDİ

Xəstəxanaya yerləşdirilən Akif İslamzadə ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

Xəstəxanaya yerləşdirilən Akif İslamzadə ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

Azərbaycanlı müşahidəçilər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edəcək? – Deputatdan AÇIQLAMA

Azərbaycanlı müşahidəçilər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edəcək? – Deputatdan AÇIQLAMA

Adil Kərimliyə AĞIR İTKİ – FOTO

Adil Kərimliyə AĞIR İTKİ – FOTO

End of content

No more pages to load

RADİO