Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə”x9d qərarda dəyişiklik edib.xa0
Moderator.az xəbər verir ki, həmin dəyişikliklər işsizliklə bağlı məsələləri əhatə edir. Dəyişikliklər bundan ibarətdir:
1.1. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Büdcə xərclərinin funksional təsnifatı”x9dna Əlavənin 6.2.1-ci paraqrafı aşağıdakı redaksiyada verilsin:xa0
“6.2.1. “İşsizlik”x9d paraqrafına mövcud qanunvericiliyə uyğun olaraq işsizlikdən sığorta ödənişləri, işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan işsizlikdən sığorta fondu hesabına maliyyələşdirilən aktiv məşğulluq tədbirləri daxildir.”x9d;xa0
1.2. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Büdcə xərclərinin iqtisadi təsnifatı”x9d üzrə:xa0
1.2.1. “212300. İcbari tibbi sığorta”x9d paraqrafından sonra “212400. İşsizlikdən sığorta”x9d paraqrafı əlavə edilsin;xa0
1.2.2. “272180. İşsizliyə görə verilən müavinətlər”x9d paraqrafı “İşsizlikdən sığorta ödənişləri”x9d adlandırılsın;xa0
1.2.3. “272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər”x9d paraqrafı “İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri”x9d adlandırılsın.xa0
1.2.4. Büdcə xərclərinin iqtisadi təsnifatına Əlavə üzrə:xa0
1.2.4.1. “212000. Əmək haqqına üstəlik”x9d köməkçi bölməsində “və “212300. İcbari tibbi sığorta”x9d sözləri “, 212300. İcbari tibbi sığorta”x9d və “212400. İşsizlikdən sığorta”x9d sözləri ilə əvəz edilsin;xa0
1.2.4.2. aşağıdakı məzmunda yeni paraqraf əlavə edilsin:xa0
“212400. “İşsizlikdən sığorta”x9d paraqrafına işsizlikdən sığorta ilə bağlı xərclər daxildir.”x9d;xa0
1.2.4.3. “270000. “Təqaüdlər və sosial müavinətlər”x9d bölməsinin birinci cümləsindən “işsizlərə,”x9d sözü çıxarılsın və ikinci cümləsində “işsiz vətəndaşlara müavinətlərin”x9d sözləri “işsizlikdən sığorta ödənişlərinin”x9d sözləri ilə əvəz edilsin.”x9d;xa0
1.2.4.4. “272100. Sosial yardımlar üzrə ödənişlər”x9d paraqrafında “işsizliyə görə ödənilən müavinətlər, həmçinin işsizlərin hazırlığı ilə bağlı transfertlərlə”x9d sözləri “işsizlikdən sığorta ödənişləri, həmçinin işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri ilə”x9d sözləri ilə əvəz edilsin;xa0
1.2.4.5. “272180. İşsizliyə görə verilən müavinətlər”x9d paraqrafı aşağıdakı redaksiyada verilsin:xa0
“272180. İşsizlikdən sığorta ödənişləri”x9d maddəsinə işsizlərə ödənilən işsizlikdən sığorta ödənişləri ilə bağlı xərclər daxildir.”x9d.xa0
1.2.4.6. “272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər”x9d paraqrafı aşağıdakı redaksiyada verilsin: “272190.xa0
“İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri”x9d maddəsinə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri üzrə xərclər daxildir.”x9d.xa0
Qeyd edək ki, dəyişikliklər bu il yanvarın 1-dən artıq qüvvəyə minib.