“Bu dönəmdə Putinin Azərbaycana səfər etməsi xüsusi əhəmiyyət kəsb edir” - Fərid Şahbazlı

“Dünyanın bir çox nöqtəsində hərbi-siyasi gərginliyin pik həddə çatdığı, bir çox bölgələrdə lokal müharibələrin hər an qlobal münaqişəyə çevrilmək ehtimalının yüksək olduğu bir zamanda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfər etməsi xüsusi əhəmiyyət kəsb edir. Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələri, İsrail-İran və Türkiyə-İsrail münasibətləri, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan dialoqu, Rusiya-Ermənistan və Rusiya-ABŞ-Qərbi Avropa arasında yaşanan gərginliklər birbaşa, ya da dolayı yolla Azərbaycanın da tərkib hissəsi olduğu Qafqaz regionu ilə bağlıdır. Bütün bunların içindən salamat, ən pis halda isə minimum maddi və mənəvi itki ilə çıxmaq əlbəttə ki, böyük səriştə və siyasi bacarıq tələb edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. 

Fərid Şahbazlı bildirib ki, son illərin çılğın siyasi prosesləri və dünya düzəninin az qala yenidən cızılması fonunda Azərbaycanın özünün şəksiz lideri İlham Əliyevin timsalında bunun öhdəsindən bacarıqla gəldiyini əminliklə demək mümkündür. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə EDİLDİ - FOTO/VİDEO


“Davamlı iqtisadi inkişaf, balanslaşdırılmış xarici siyasət, dost ölkələrin coğrafiyasının genişlənməsi və digər amillər ölkəmizi təkcə regionda deyil, bütün dünyada lider dövlətlərdən birinə çevirib. Belə bir dövlətlə yüksək səviyyəli münasibətlər qurmaq, bu münasibətləri qoruyub saxlamaq və daha da inkişaf etdirmək şübhəsiz ki, hər bir ölkənin mənafeyinə uyğundur. Onlardan biri də Rusiyadır. Bu gün Şimal qonşumuz Ukrayna ilə müharibə səbəbindən ABŞ və Qərb tərəfindən sanksiyalara məruz qalıb. Əsrlər boyu yedirib-içirdiyi, bəsləyib qoynuna basdığı Ermənistan da bu gün Rusiyadan üz döndərib. Lakin Azərbaycan bu məqamda da özünəxas, balanslaşdırılmış siyasət yürüdür. Ölkəmiz Ukrayna ilə dostluq münasibətlərini qoruyub saxlayır, onun ərazi bütövlüyünü dəstəkləyir, humanitar yardımlar göstərir, lakin Rusiya ilə də qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir. Çünki bu ölkə ilə çoxəsrlik siyasi, iqtisadi və mədəni əlaqələrimiz mövcuddur. Uzağa getməyək, təkcə 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,1 milyard dollar olub. Bu ilin ilk altı ayında isə 7,1 faiz artaraq iki milyard dollar təşkil edib. Enerji sahəsində də əməkdaşlıq inkişaf edir”, – deyə o əlavə edib. 

Siyasi şərhçinin sözlərinə görə, bundan əlavə, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi hər iki ölkənin, xüsusilə də sanksiyalara məruz qalmış Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Lakin Rusiyadan fərqli olaraq, Azərbaycanın həm Avropa, həm Asiya, həm də dünyanın digər regionları və ölkələri ilə yaxşı əlaqələri var:

“Ölkəmiz həm BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalarda iştirak edir, həm də ATƏT, NATO, Avropa İttifaqı və Qərbin digər qurumları ilə münasibətləri kəmiyyət və keyfiyyət baxımından durmadan genişləndirir. Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır, Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir. Azərbaycan bütün dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərini qarşılıqlı fayda və hörmət prinsipləri əsasında qurmaqda maraqlıdır. Dünən Bakıda iki ölkə arasında mübadilə olunan sənədlər və qəbul edilən birgə Bəyannamə də fikirlərimizi təsdiqləyir.

İqtisadiyyat, humanitar, elm, təhsil və mədəniyyət əlaqələrinin inkişafından tutmuş, siyasi, regional və qlobal səviyyədə əməkdaşlıq, milli təhlükəsizlik, ölkələrin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, terrorçuluqla mübarizə, hərbi-texniki əməkdaşlıq kimi müddəaların da əksini tapdığı Bəyannamə fikrimcə, Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı, bir yol xəritəsi deməkdir. 


“Bütün bunlar, heç şübhəsiz, Vladimir Putinin Azərbaycan səfərinin yalnız görünən tərəfləridir. Əlbəttə ki, liderlər məhdud tərkibdə görüşdə hər iki ölkəni maraqlandıran bir çox regional və qlobal problemləri müzakirə ediblər. Hesab edirik ki, yaxın gələcəkdə bu müzakirələrin və məsləhətləşmələrin müsbət nəticələrini görə bilərik”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

Vado Karovinin kürəkəni də Space TV-dən çıxarıldı - FOTO

Vado Karovinin kürəkəni də Space TV-dən çıxarıldı - FOTO

Maurinyo “Real”la anlaşdı

Maurinyo “Real”la anlaşdı

Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək

Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək

Prezidentin fərmanına aid olmayan taksi və avtobusların aqibəti necə olacaq? - RƏSMİ

Prezidentin fərmanına aid olmayan taksi və avtobusların aqibəti necə olacaq? - RƏSMİ

Müəllimi Putini ölkəsinin vətənpərvəri adlandırdı

Müəllimi Putini ölkəsinin vətənpərvəri adlandırdı

Hörmüz boğazı üçün bədbin PROQNOZ

Hörmüz boğazı üçün bədbin PROQNOZ

Dünyanın ən sağlam ədviyyatı SEÇİLDİ

Dünyanın ən sağlam ədviyyatı SEÇİLDİ

Azərbaycanda 50 minə Qurani-Kərim satılır – FOTO

Azərbaycanda 50 minə Qurani-Kərim satılır – FOTO

İran səfiri Küveyt XİN-ə ÇAĞIRILDI

İran səfiri Küveyt XİN-ə ÇAĞIRILDI

Şahbaz Şərif: “Sevimli qardaşımla söhbət etməkdən məmnun oldum”

Şahbaz Şərif: “Sevimli qardaşımla söhbət etməkdən məmnun oldum”

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Maaşınız gecikirsə, hər gün üçün ƏLAVƏ PUL almalısınız!

Maaşınız gecikirsə, hər gün üçün ƏLAVƏ PUL almalısınız!

Azər Əhmədov vəzifəsindən AZAD OLUNDU

Azər Əhmədov vəzifəsindən AZAD OLUNDU

Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Kipr klubunun rəsmisi: “Muaddabi “Qarabağ”la razılaşıb”

Kipr klubunun rəsmisi: “Muaddabi “Qarabağ”la razılaşıb”

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub – FOTO

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub – FOTO

Prezident WUF13-ə hazırlıqla bağlı görülən işlərlə belə tanış oldu - VİDEOÇARX

Prezident WUF13-ə hazırlıqla bağlı görülən işlərlə belə tanış oldu - VİDEOÇARX

İranla müharibə fonunda ABŞ-da inflyasiya maksimum həddə çatıb

İranla müharibə fonunda ABŞ-da inflyasiya maksimum həddə çatıb

End of content

No more pages to load

RADİO