“Şərurlu İsfəndiyar”a 5 milyon “atan” bankirin ailəsi məhkəməni uddu

Bakı Apellyasiya Məhkəməsində hakim Zaur Hüseynovun sədrliyi ilə bankir Nadir İsmayılovun ailə üzvlərinin şikayətinə baxılıb. Nadir İsmayılovun ailə üzvləri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusi müsadirəyə götürülmüş əmlaklarının onlara qaytarılmasını tələb edirdilər.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, məhkəmə bankirin ailə üzvlərinin şikayətini təmin edib və 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Bakının mərkəzində yaşayış evini, “Jeep Wrangler”, “Mersedes Benz S 500”, “Bentley Continental” və “Mersedes Benz G63 AMG” markalı maşınları onlara qaytarılması qərarı verib.

Nadir İsmayılov “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2022-ci ilin fevralında 14 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə ümumilikdə 5 milyon manat dəyərləndirilən, ibtidai istintaq dövründə üzərinə həbs qoyulan Nadir İsmayılovun aşağıdakı əmlakları müsadirə edilib:

- Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43

- Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi, ünvan 11 ünvanda yerləşən 0,0804 ha torpaq sahəsi

- Nəsimi rayonu, ünvan 12-də yerləşən qeyri-yaşayış sahəsi

- Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi

- Bakıda yerləşən daha bir mənzil

Ailə üzvlərinin adına olan 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi

- Başqa bir yaşayış evi

- “Jeep Wrangler”, “Mersedes Benz S500”, “Bentley Continental” və “Mersedes Benz G63 AMG” markalı maşınlar.

Ailə üzvlərinə qaytarılan əmlakların ümumi dəyərinin 1 milyon manatı aşdığı bildirilir.

Bankir Nadir İsmayılovun cinayət dosyesi üzrə əsas zərərçəkənlərdən biri də “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur. O, Nadir İsmayılovdan 5 milyon tələb edir.

“Şərurlu İsfəndiyar” deyir ki, Nadir İsmayılov “Zaminbank”a rəhbərlik etdiyi dönəmdə bankdan ona 10 milyon manat kredit ayrılıb, amma həmin məbləğin 5 milyon manatını Nadir İsmayılov özü üçün götürüb. Nadir İsmayılov isə deyir ki, “Şərurlu İsfəndiyar” pulun qalan hissəsini Türkiyədə olan oğluna göndərib.

Nadir İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır. Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir.

Nadir İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi bankirin cəzasını 10 ilə endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

Vado Karovinin kürəkəni də Space TV-dən çıxarıldı - FOTO

Vado Karovinin kürəkəni də Space TV-dən çıxarıldı - FOTO

Maurinyo “Real”la anlaşdı

Maurinyo “Real”la anlaşdı

Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək

Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək

Prezidentin fərmanına aid olmayan taksi və avtobusların aqibəti necə olacaq? - RƏSMİ

Prezidentin fərmanına aid olmayan taksi və avtobusların aqibəti necə olacaq? - RƏSMİ

Müəllimi Putini ölkəsinin vətənpərvəri adlandırdı

Müəllimi Putini ölkəsinin vətənpərvəri adlandırdı

Hörmüz boğazı üçün bədbin PROQNOZ

Hörmüz boğazı üçün bədbin PROQNOZ

Dünyanın ən sağlam ədviyyatı SEÇİLDİ

Dünyanın ən sağlam ədviyyatı SEÇİLDİ

Azərbaycanda 50 minə Qurani-Kərim satılır – FOTO

Azərbaycanda 50 minə Qurani-Kərim satılır – FOTO

İran səfiri Küveyt XİN-ə ÇAĞIRILDI

İran səfiri Küveyt XİN-ə ÇAĞIRILDI

Şahbaz Şərif: “Sevimli qardaşımla söhbət etməkdən məmnun oldum”

Şahbaz Şərif: “Sevimli qardaşımla söhbət etməkdən məmnun oldum”

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

ABŞ İranla atəşkəs rejiminin qorunub saxlanıldığını bildirdi

"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Bu ölkə Hörmüz boğazında ABŞ-a hərbi dəstək verəcək

Maaşınız gecikirsə, hər gün üçün ƏLAVƏ PUL almalısınız!

Maaşınız gecikirsə, hər gün üçün ƏLAVƏ PUL almalısınız!

Azər Əhmədov vəzifəsindən AZAD OLUNDU

Azər Əhmədov vəzifəsindən AZAD OLUNDU

Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Kipr klubunun rəsmisi: “Muaddabi “Qarabağ”la razılaşıb”

Kipr klubunun rəsmisi: “Muaddabi “Qarabağ”la razılaşıb”

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub – FOTO

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub – FOTO

Prezident WUF13-ə hazırlıqla bağlı görülən işlərlə belə tanış oldu - VİDEOÇARX

Prezident WUF13-ə hazırlıqla bağlı görülən işlərlə belə tanış oldu - VİDEOÇARX

İranla müharibə fonunda ABŞ-da inflyasiya maksimum həddə çatıb

İranla müharibə fonunda ABŞ-da inflyasiya maksimum həddə çatıb

End of content

No more pages to load

RADİO