Vilayət Vəliyev vitse-prezident seçildi

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, ABŞ-ın Enerji İqtisadçılarının Beynəlxalq Assosiasiyasının (IAEE) Rəyasət Heyətinin üzvü, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev qurumun regional məsələlər üzrə vitse-prezidenti seçilib.

Moderator.az İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutuna istinadən xəbər verir ki, Vilayət Vəliyevin iştirakı və səyi nəticəsində bu il oktyabrın 18-20-də Tbilisidə "Avrasiya məkanın enerji təhlükəsizliyi və investisiya imkanları: regional enerji ticarəti və bazarın inkişafı" və 2019-cu il oktyabrın 17-19-da Astana şəhərində "Mərkəzi Asiyanın qabaqcıl potensialı: Mərkəzi Asiya qlobal enerji təhlükəsizliyinə necə töhfə verə bilər?" mövzularında III və IV IAEE Avrasiya konfranslarının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, V.Vəliyev MDB məkanında ilk dəfədir ki, belə yüksək vəzifəyə seçilir. İnstitutun direktoru uzun müddətdir qurumla əməkdaşlıq edir. Ötən il qurumun Rəyasət Heyətinin üzvü seçilib, IAEE-nin Şərqi Avropa və MDB üzrə fəaliyyətinin genişləndirilməsində fəal iş aparıb, əhəmiyyətli töhfə verib. V.Vəliyev 2016-cı il avqustun 28-31-də Bakıda və 2017-ci il oktyabrın 12-14-də Zaqreb şəhərində IAEE-nin I və II Avrasiya konfranslarının keçirilməsində əsas təşkilatçılarından olub.

Xatırladaq ki, dünyada enerji sahəsində peşəkar mütəxəssislərdən ibarət platforma rolunu oynayan IAEE beynəlxalq cəmiyyətdir və 1977-ci ildə təsis edilib. Qurumun təsis edilməsinin əsas səbəbi 70-ci illərdəki enerji böhranıdır. Belə ki, həmin dövrdə enerjiyə olan tələb və təklifin qısa və uzunmüddətli məsələləri, enerji iqtisadiyyatlarının mühüm problemləri və bu sahədə biliklərin son dərəcədə məhdud olmasının aşkarlanması IAEE-nin təsis edilməsi üçün ideya olub.

Dünyanın 100-dən çox ölkəsindən olan enerji mütəxəssisləri və iri şirkətlərini birləşdirən, peşəkar enerji mütəxəssisləri üçün məlumat və ideyaların mübadiləsi, yüksək keyfiyyətli tədqiqat, sahəvi inkişaf və potensialın artırılması imkanlarını təbliğ edən qurumun yüksək reytinqə malik "The Energy Journal", "Economics of Energy and Enviromental Policy" kimi nüfuzlu dövrü elmi nəşrləri hazırlanır, hər il enerji sektorunun aktual məsələlərinə dair onlarla konfrans, seminar və digər elmi-praktik tədbirləri keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Üç qardaş ölkənin XTQ təlimi başa çatdı - FOTO/VİDEO

Üç qardaş ölkənin XTQ təlimi başa çatdı - FOTO/VİDEO

Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO

Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO

"100 minə görə 4 balamı anasız qoyursunuz" – VİDEO

"100 minə görə 4 balamı anasız qoyursunuz" – VİDEO

Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib

Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib

Bakıda moped və motosiklet sürücülərinə qarşı REYD – FOTO/VİDEO

Bakıda moped və motosiklet sürücülərinə qarşı REYD – FOTO/VİDEO

Hərbi xidmət yaşının 30-a endirilməsi dövlət xərclərini azaldıb - Xidmət rəisi

Hərbi xidmət yaşının 30-a endirilməsi dövlət xərclərini azaldıb - Xidmət rəisi

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

Xalq şairi Nəriman Həsənzadənin durumu barədə AÇIQLAMA

Xalq şairi Nəriman Həsənzadənin durumu barədə AÇIQLAMA

Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?

Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?

Nadir goblin köpəkbalığı ilk dəfə təbii yaşayış mühitində görüntüləndi - FOTO

Nadir goblin köpəkbalığı ilk dəfə təbii yaşayış mühitində görüntüləndi - FOTO

Bakıda 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar - VİDEO

Bakıda 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar - VİDEO

Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların HƏCMİ

Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların HƏCMİ

Bəzi yerlərə intensiv yağış yağır - FAKTİKİ HAVA

Bəzi yerlərə intensiv yağış yağır - FAKTİKİ HAVA

Ukraynanın MiQ-29 qırıcısı qəzaya DÜŞDÜ

Ukraynanın MiQ-29 qırıcısı qəzaya DÜŞDÜ

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi – VİDEO

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi – VİDEO

Kofe tullantıları yüksək enerjili biokömürə çevrildi - FOTO

Kofe tullantıları yüksək enerjili biokömürə çevrildi - FOTO

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu - İmişlidə OLAY

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu - İmişlidə OLAY

Egey dənizində güclü ZƏLZƏLƏ oldu

Egey dənizində güclü ZƏLZƏLƏ oldu

Azərbaycan dəri istehsalını 2 dəfədən çox ARTIRIB

Azərbaycan dəri istehsalını 2 dəfədən çox ARTIRIB

9,85 milyon dollarlıq desert — Dünyanın ən bahalı şirniyyatları

9,85 milyon dollarlıq desert — Dünyanın ən bahalı şirniyyatları

“Hər gün yüzlərlə iş yeri bağlanır”

“Hər gün yüzlərlə iş yeri bağlanır”

Okeanın dərinliklərində 31 yeni dəniz canlısı kəşf edildi - FOTO

Okeanın dərinliklərində 31 yeni dəniz canlısı kəşf edildi - FOTO

Ötən gün axtarışda olan 131 nəfər SAXLANILDI

Ötən gün axtarışda olan 131 nəfər SAXLANILDI

End of content

No more pages to load

RADİO