Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədovun deputatlığa namizədliyi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə İlqar Məmmədov sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd edək ki, İ.Məmmədov 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürüb.
Həmin dairədən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və Yeni Azərbaycan Partiyasından Xaliq Hüseynov da namizəddir.

Bizim.Media