Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Şəkidə birgə tədbir KEÇİRDİ – FOTO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Şəki rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin (DSX) yüksəkrütbəli hərbi qulluqçuları şəxsi heyətlə birgə tədbir keçirib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz, unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb.

Sonra Firad Əliyev, Zaqatala hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Emin Quliyev, polkovnik Nail Mehtiyev, eləcə də digər şəxslər çıxış ediblər.

Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan gələcəyimizi nurlandıran nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq istiqbalına hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddətində ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından söz açıblar.

Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından, bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.

Tədbirdə, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən DSX ilə səmərəli qarşılıqlı işgüzar münasibətlərindən bəhs edilib.
 

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən bu sahədə cinayətlərdən və məsuliyyətlərdən danışılıb.


Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.
Tədbirdən sonra ağaclar əkilib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sizə də bu vitaminlərdən yazılıbsa - İçməyin – Fotolar

Sizə də bu vitaminlərdən yazılıbsa - İçməyin – Fotolar

Sabahın HAVASI: Yağış, 31 dərəcə isti... – PROQNOZ

Sabahın HAVASI: Yağış, 31 dərəcə isti... – PROQNOZ

"Sezercik" illər sonra – FOTO

"Sezercik" illər sonra – FOTO

Qurban Qurbanov Elvin barədə yekun qərarını verdi

Qurban Qurbanov Elvin barədə yekun qərarını verdi

WUF13 keçirilən məkanda qida qiymətləri ilə bağlı RƏSMİ AÇIQLAMA

WUF13 keçirilən məkanda qida qiymətləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Elxan Əzizov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Elxan Əzizov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Kubok uğrunda HƏLLEDİCİ GÖRÜŞ – Komandaların qələbə şansları və GÖZLƏNTİLƏR

Kubok uğrunda HƏLLEDİCİ GÖRÜŞ – Komandaların qələbə şansları və GÖZLƏNTİLƏR

WUF13-ə 32 mindən çox iştirakçı qatılacaq

WUF13-ə 32 mindən çox iştirakçı qatılacaq

Pensiyaçıların NƏZƏRİNƏ - Bu tarixdə ödəniləcək

Pensiyaçıların NƏZƏRİNƏ - Bu tarixdə ödəniləcək

Gəncədə çökən asfalt bərpa olunur – VİDEO

Gəncədə çökən asfalt bərpa olunur – VİDEO

WUF13 üçün xaricdən 165 tərcüməçi dəvət olunub

WUF13 üçün xaricdən 165 tərcüməçi dəvət olunub

Təqaüdçü müəllim dağın zirvəsinə ev inşa etdi – Rayonun rəmzinə ÇEVRİLDİ – FOTO

Təqaüdçü müəllim dağın zirvəsinə ev inşa etdi – Rayonun rəmzinə ÇEVRİLDİ – FOTO

Bakıda keçiriləcək WUF13-də 41 ölkə pavilyonla iştirak edəcək

Bakıda keçiriləcək WUF13-də 41 ölkə pavilyonla iştirak edəcək

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI

Hörmüzdə “boğulan” dünya İQTİSADİYYATI – Ən çox hansı məhsullar bahalaşıb?

Hörmüzdə “boğulan” dünya İQTİSADİYYATI – Ən çox hansı məhsullar bahalaşıb?

Məşhur kosmetoloqun barəsindəki amnistiya qərarı LƏĞV EDİLDİ

Məşhur kosmetoloqun barəsindəki amnistiya qərarı LƏĞV EDİLDİ

Həyatı əbədi dəyişəcək 4 bürc

Həyatı əbədi dəyişəcək 4 bürc

“Nissan Patrol”dan düşən təkər qapağı yolda təhlükə yaratdı – VİDEO

“Nissan Patrol”dan düşən təkər qapağı yolda təhlükə yaratdı – VİDEO

Nəriman Axundzadənin ABŞ klubundakı maaşı AÇIQLANDI

Nəriman Axundzadənin ABŞ klubundakı maaşı AÇIQLANDI

“Eurovision-2026”nın ilk yarımfinalı qalmaqallarla YADDA QALDI

“Eurovision-2026”nın ilk yarımfinalı qalmaqallarla YADDA QALDI

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu həyatını itirdi

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu həyatını itirdi

Qazaxda evdə partlayış: Yaralanan var - FOTO

Qazaxda evdə partlayış: Yaralanan var - FOTO

Mehdi Cavadov yüksək vəzifəyə TƏYİN OLUNDU

Mehdi Cavadov yüksək vəzifəyə TƏYİN OLUNDU

Prezident Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – FOTO/VİDEO

Prezident Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO